Slimfit
  1. DÜNYA

Tramp: "Avropa ölkələri Ukraynaya ABŞ-la bərabər əsasda yardım üçün vəsait ayırmalıdır"

Tramp: "Avropa ölkələri Ukraynaya ABŞ-la bərabər əsasda yardım üçün vəsait ayırmalıdır"
Sakura

Tramp: "Avropa ölkələri Ukraynaya ABŞ-la bərabər əsasda yardım üçün vəsait ayırmalıdır"

"Avropa ölkələri Ukraynaya kömək üçün ABŞ qədər pul ayırmalıdırlar, əks halda bu, amerikalı vergi ödəyicilərinə qarşı ədalətsizlikdir".

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Avropa Ukraynaya bizdən təxminən 100 milyard dollar az xərcləyir. Hesab edirəm ki, bu, Amerikaya qarşı çox ədalətsizlikdir. Bu, ABŞ-ın vergi ödəyicilərinə qarşı böyük ədalətsizlikdir”, - deyə Tramp bu barədə çərşənbə günü "Newsmax"a müsahibəsində bildirib. O, jurnalistin prezident seçkilərində qalib gələcəyi təqdirdə Kiyevə ayrılan vəsaiti azaldıb-azalmayacağı ilə bağlı sualını belə şərh edib.

“Avropa ölkələri ABŞ-la birlikdə eyni məbləği ödəməlidir”, - deyən keçmiş prezident əlavə olaraq qeyd edib ki, Ukraynadakı vəziyyət Avropanın təhlükəsizliyi üçün daha böyük əhəmiyyət kəsb edir: “Ona görə də, bu ölkələr bilməlidirlər ki, bütün xərcləri ABŞ-ın üzərinə atıb kənara çəkilməklə özlərini təhlükədən xilas olmuş hesab etməməlidirlər”, - deyə Tramp bildirib.

Bundan əvvəl martın 8-də Floridadakı malikanəsində Trampla görüşən Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ABŞ-ın keçmiş prezidenti Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək və Avropanın təhlükəsizliyinə vəsait ayırmayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR