Slimfit
  1. DÜNYA

Tramp ABŞ qoşunlarının nə vaxtsa İraqdan çıxacağını istisna etməyib

Tramp ABŞ qoşunlarının nə vaxtsa İraqdan çıxacağını istisna etməyib
Sakura

Tramp ABŞ qoşunlarının nə vaxtsa İraqdan çıxacağını istisna etməyib

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların qoşunlarının nə vaxtsa İraqı tərk edəcəyini istisna etməyib.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd edilir ki, dövlət rəhbəri bunun indi olmayacağını vurğulayıb.
"Biz hansısa bir anda getmək istəyirik, amma o an indi deyil", - Ağ Ev rəhbəri jurnalistlərə deyib.
"Bu, İraqla bağlı baş verəcək ən pis şey olacaq. Əgər biz getsək, bu o deməkdir ki, orada İranın daha çox təsirləri olacaq, amma İraq xalqı istəmir ki, İran ölkəni idarə etsin", - Tramp əlavə edib.
Qeyd edək ki, İran generalı Qasım Süleymani İraqda ABŞ hərbçiləri tərəfindən öldürülüb. İraq parlamenti bu hadisədən sonra xarici hərbi qüvvələrin ölkə ərazisindən çıxarılması barədə qərar qəbul edib. Lakin ABŞ prezidenti Birləşmiş Ştatların qoşunlarının İraqı tərk etməyəcəyini bildirib, eyni zamanda Bağdadı güclü sanksiyalarla hədələyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR