Tramp ABŞ-la bağlı xəbərdarlıqlara səssiz qalmayacaq
ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrin ABŞ-a səfərin təhlükəli olması ilə bağlı xəbərdarlıqlarına cavab verib. Bu xəbərdarlıqlar bir neçə kütləvi atışma hallarına görə ortaya çıxıb.
Bu barədə “The Hill” yazır.
Siyasətçinin sözlərinə görə, o, bu cür xəbərdarlıqların olduğuna inana bilmir. Lakin bu halda Vaşinqton “qarşılıq” verəcək.
Prezident qeyd edib ki, ABŞ tərəfi onun barəsində olan neqativ hərəkətlərə qarşı hər zaman cavab verib.
Daha əvvəl Yaponiya öz vətəndaşlarına ABŞ ərazisində silahlı insidentlərin mümkünlüyü barədə xəbərdarlıq edib və təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi məsləhət görüb.
Uruqvay XİN isə öz vətəndaşlarına Birləşmiş Ştatlarda olarkən nifrət zəminində zorakılıq və cinayət səviyyəsinin artması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.
Buna bənzər xəbərdarlığı Venesuela hakimiyyəti də yayıb. Çin isə bu cür xəbərdarlığı axırıncı atışma hadisələrindən əvvəl edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət