Dərc edildi: Baxış sayı: 466
Tramp ABŞ-ın AB-dəki rəhbərini vəzifədən azad etdi
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Avropa Birliyindəki Daimi Nümayəndəliyinin rəhbəri Qordon Sondlandı vəzifəsindən azad edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti yayıb. Məlumata görə, buna səbəb Sondlandın Ağ Evin rəhbərinə qarşı impiçment proseduru çərçivəsində ifadə verməsi olub.
Qeyd edək ki, bundan öncə Tramp ABŞ Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksandr Vindmanı eyni bəhanə ilə işdən azad etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət