Dərc edildi: Baxış sayı: 521
"Traktor"un oyunu ləğv olundu
Ötən günlərdə benzinin bahalaşması ilə İran və Güney Azərbaycan şəhərlərində başlayan kütləvi etiraz aksiyaları hələ də səngiməyib.
Teleqraf.com xəbər verir ki, İran hakimiyyəti nümayişlərin qarşısını almaq üçün tədbirlər görməyə davam edir.
Məlumata görə, tədbirlər planı çərçivəsində Güney Azərbaycanın “Traktor-Azərbaycan” futbol klubunun iki gün sonra Təbrizdə keçirəcəyi görüş ləğv olunub. Bu barədə İran Futbol Federasiyası qərar verib.
“Traktor”-“Şəhri Xodro” görüşünün hansı tarixdə keçiriləcəyi bildirilməyib.
Federasiyadan görüşün ləğv edilməsi qərarı oyunun baş tutması üçün uyğun şəraitin olmaması ilə izah edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət