“Traktor” “Barış Pınar”ına dəstək olan futbolçuya sahib çıxdı
Cənubi Azərbaycanın “Traktor” klubu “Barış Pınarı”na dəstək olduğu üçün federasiyanın cəzalandırdığı Mehdi Bebriyə sahib çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Təbriz təmsilçisi “Twitter” hesabında qərara etiraz edib:
“İstiqlal” klubunda çıxış edən Voria Qafuri “Instagram” hesabında “Save Rojava” yazmış və Türkiyəyə xoş olmayan sözlər qeyd etmişdi. Buna baxmayaraq, o, cəza almamışdı. Biz bütün gücümüz və azarkeşlərimizlə futbolçularımızın arxasında dayanmışıq".
İran Futbol Federasiyası “Barış Pınarı”na dəstək olduğu üçün Mehdi Bebrini bir müddət futboldan kənarlaşdırıb. Bebri “Instagram”da hekayə bölümündə Türkiyə bayrağını paylaşmışdı. Onu bu paylaşıma görə təhqir edən “Sanat Naft Abadan”ın futbolçusu Şirvan Qurbani də futboldan kənarlaşdırılıb.
Daha öncə Almaniyanın “Sankt-Pauli” klubunun futbolçu Cenk Şahin Türkiyə ordusunun Suriyada keçirdiyi “Pınar hərəkatı”na dəstək olduğu üçün klubdan göndərilmişdi. O, “Başakşəhər” klubunda məşqlərə başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət