Slimfit
  1. İDMAN

"Trabzonspor"un futbolçusunun Azərbaycan millisinə çağırılmamasının səbəbi bəlli olub

"Trabzonspor"un futbolçusunun Azərbaycan millisinə çağırılmamasının səbəbi bəlli olub
Sakura

"Trabzonspor"un futbolçusunun Azərbaycan millisinə çağırılmamasının səbəbi bəlli olub

“Trabzonspor” klubunun futbolçusu Murat Cem Akpınar Türkiyə yığmasında oynaya bilməsi üçün Azərbaycan millisindən imtina edib.

Bu barədə “Report”a Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət komandasının sabiq baş məşqçisi Təbriz Həsənov məlumat verib. 52 yaşlı mütəxəssis bildirib ki, yarımmüdafiəçi onu Azərbaycan millisinə çağırmamağı xahiş edib: “2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Valentin Qranatkinin xatirə turnirindən sonra Murat Cem mənə yaxınlaşdı və söhbət etmək istədiyini söylədi. Dedi ki, olar, məni bir daha milliyə çağırmayasınız? Səbəbini soruşdum, “Sıxılıram, burada özümü yaxşı hiss etmirəm” cavabını verdi. Bir az söhbət etdik. Sonra atası və qardaşı zəng vurdu. Onlar Murat Cemin Azərbaycan yığmasında çıxış etməsinin tərəfdarı idilər. Amma futbolçunun özü istəmədi. Komandadakı digər oyunçulara qaynayıb-qarışmırdı. İstəmirsə, məcburiyyət yoxdur ki..." 

Həsənovun sözlərinə görə, Murat Cem ona Türkiyə yığmasında oynamaq istədiyini deyib: "Sonradan da bir neçə dəfə həm özü, həm də valideyni ilə zəngləşdim. Murat Cem dedi ki, Türkiyə yığmasında oynamaq istəyir. Bununla da məsələ bağlandı. Hər zaman futbolçunun millini sevməsini, can yandırmasını istəmişəm. Bu işdə məcburiyyət yoxdur. Yaxşı futbolçu idi, son dönəmlərdə ön plana çıxması məni təəcübləndirmir. Onun Türkiyə yığmasına düşə biləcəyini təxmin edirdim. Yəqin ki, çağırarlar”.

Akpınarın özü “Fotospor”a açıqlamasında üç il əvvəl Azərbaycan millisini Türkiyə yığmasından təklif gəlmədiyi üçün seçdiyini söyləyib. 20 yaşlı orta sahə oyunçusu beynəlxalq matçlarda forma geyinməklə təcrübə qazanmaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, Murat Cem Akpınar yalnız Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə 2016-cı ildə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub. “Trabzonspor”un aşağı yaş qruplarından ibarət komandasından yetişən yarımmüdafiəçi ötən mövsümü “1461 Trabzonspor”da icarə əsasında keçirib. Son turlarda sərgilədiyi oyunla ön plana çıxan Akpınarın Türkiyənin əsas millisinə çağırılması gündəmdədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR