"Trabzonspor" darmadağınla qalib gəldi
Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" səfərdə "Konyaspor"la qarşılaşıb. Yığmanın qapıçısının əsas heyətdə oynadığı görüş 2:2 hesabı ilə yekunlaşıb.
“Trabzonspor” isə doğma meydanda “Fatih Karagümrük”lə üz-üzə gəlib. Hesabı İstanbul təmsilçisi açsa da, “Bordo-mavililər” geridönüş edərək üç xala 5 qolla nail olub - 5:1.
Günün digər oyunlarında “Alanyaspor” “Sivasspor”u 2:1, “Başakşəhər” isə “Antalyaspor”u 1:0 hesabları ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 78 xalla “Qalatasaray” başçılıq edir. Bir oyun az keçirən “Fənərbağça” 73 xalla 2-ci, 49 xalı olan “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət