Slimfit
  1. İDMAN

“Trabzonspor” “Beşiktaş”ı məğlub edib

“Trabzonspor” “Beşiktaş”ı məğlub edib
Sakura

“Trabzonspor” “Beşiktaş”ı məğlub edib

Türkiyə çempionatında 33-c turun oyunları davam edir.

Bu gün turnir cədvəlinin dördüncü pilləsində yer alan “Trabzonspor” komandası üçüncü sıradakı “Beşiktaş”la qarşılaşıb.

SİA-nın məlumatına görə, 3-cü yer uğrunda mübarizə aparan komandaların qarşılaşmasında “Trabzonspor” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Oyunda hesabı 53-cü dəqiqədə Filip Novakın baş zərbəsi ilə vurduğu qolla meydan sahibləri açıblar. 74-cü dəqiqədə isə beşiktaşlı Şhinji Kaqava hesabı bərabərləşdirib. Bundan üç dəqiqə sonra “Trabzonspor” hesab arasındakı fərqi artırıb. Yusuf Yazıcı komandasının qələbə topunu vurub – 2:1.

Beləliklə, bu oyundan sonra xallarının sayını 60-a çatdıran baş məşqçi Ünal Karamanın komandası Türkiyə çempionatında dördüncü sıradakı mövqelərini möhkəmləndirib.

Turun digər oyununda “Antalyaspor” komandası “Yeni Malatyaspor”a 3:0 hesabı ilə qalib gəlib. "Antalyaspor"un qollarına 45-ci dəqiqədə Alpsoy, 55 və 65–ci dəqiqələrdə isə Erdinc imza atıblar.

Hazırda turnir cədvəlində “Qalatasaray” və “Başakşəhər” 66 xalla birinci-ikinci yerləri bölüşürlər. 33-cü tur çərçivəsində mayın 19-da İstanbul derbisində “Qalatasaray” “Başakşəhər”i qəbul edəcək. Bu oyunun qlibi sonuncu turun nəticəsindən asılı olmayaraq Türkiyə çempionluğunu qazanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR