“Toyota”nı ildırım vurdu: arxa pəncərəsindən keçib təkərlərin arasından çıxdı
Hadisənin görüntüləri şahidlər tərəfindən qeydə alınaraq sosial şəbəkələrdə yerləşdirilib. Belə ki, şimşək avtomobilin arxa pəncərəsindən vurub və sürücü avtomobili yarı yolda saxlamalı olub.
Avtomobilin sahibi “Life”a verdiyi açıqlamada bildirib ki, hadisə zamanı o, maşında uşağı ilə birlikdə olub.
İldırım vurmasından sonra zərərçəkənlər dərhal qaçaraq avtobus dayanacağına sığınıblar. Anna (avtomobilin sahibi) şahidlərdən heç birinin onlara köməyə gəlməməsindən şikayət edib.
Avtomobil diaqnostikaya göndərilib. Belə ki, avtomobil akkumulyatorunun batareyası doldurulduqdan sonra da işə düşməyib. Annanın sözlərinə görə, ildırım təkərlərin arasından çıxıb. Avtomobil təmiri üzrə mütəxəssislər bu halla ilk dəfə qarşılaşdıqlarını söyləyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət