Slimfit
  1. DÜNYA

“Toyota”dan Yaponiyada “gələcəyin şəhəri”ni salmaq planı

“Toyota”dan Yaponiyada “gələcəyin şəhəri”ni salmaq planı
Sakura

“Toyota”dan Yaponiyada “gələcəyin şəhəri”ni salmaq planı

Toyota şirkəti Yaponiyada Woven City adlanan “gələcəyin şəhəri”ni salmaq planları barədə danışıb. Bu barədə TechCrunch yazır.

Şirkət, şəhəri Fuji dağı yaxınlığında 175 hektar ərazidə salmaq istəyir. Orada “Toyota”nın layihələri üzərində işləmək imkanı olacaq 2000-ə qədər insan məskən sala biləcək.

Tikinti işləri 2021-ci ildə başlayacaq. Woven City üzərində arxitektor Bjarke İngels işləyəcək. Şirkətdən bildiriblər ki, burada yaşayanlar avtonom nəqliyyatı, robotlar və  “ağıllı ev” texnologiyalarını və həmçinin, real şəraitdə süni zəkanı öyrənib sınaqdan keçirə biləcəklər.

Şəhərdə fərdi və ictimai xidmət göstərən pilotsuz nəqliyyatlar olacaq və klinika və mağazalar da fəaliyyət göstərəcək. Evlər robot texnikası və “ağıllı” sistemlərlə təchiz olunacaq. Onlar sakinlərin sağlamlığının qeydinə qalmaqda onlara yardımçı olacaqlar.

The Verge qeyd edir ki, “Toyota”dan şəhər-konseptin gələcək sakinlərinin imzalamalı olacaqları narazılıqlarla bağlı razılaşma və gizlilik haqqında heçnə bildirməyiblər.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR