Slimfit
  1. MEDİA

"Toylara 500 deyil, 50 nəfərlə sosial məsafəni qorumaq şərti ilə icazə verilə bilər"

"Toylara 500 deyil, 50 nəfərlə sosial məsafəni qorumaq şərti ilə icazə verilə bilər"
Sakura

"Toylara 500 deyil, 50 nəfərlə sosial məsafəni qorumaq şərti ilə icazə verilə bilər"

Ens.az xəbər verir ki, Deputat Müşfiq Cəfərov Sonxeber.az-ın suallarını cavablandırıb.

-Müşfiq bəy, bilirsiniz ki, cənab prezident İlham Əliyev 2018-ci ildə növbəti dəfə ölkə başçısı seçildikdən sonra hər bir sahədə islahatlar aparmaqdadır. Aparılan struktur islahatları nəticəsində dövlətinə və xalqına bağlı savadlı gənclər yüksək vəzifələrə gətirilir. Hər bir sahədə gəncləşmə bizə nələri qazandıracaq?

 

-2018-ci ildən bu günə kimi struktur islahatları aparılır. Yeni icra başçılarının təyinatında cənab Prezident əsasən savadlı gənclərə üstünlük verir. O cümlədən yeni parlamentin formalaşmasında gənc deputatların üstünlüyü hiss olunur. Bu islahatları aparmaqla ölkə başçısı bütün dövlət qurumlarına yenilik gətirdi. Yüksək vəzifəyə təyin olunan gənclərə nəzər yetirsək görərik ki, onların bir çoxu xaricdə təhsil almış və çalışdığı sahələrdə yüksək təcrübəyə sahib şəxslərdir. Aparılan islahatlar insanlarımızın sosial rifahının yaxşılaşdırılması və dövlətimizin daha da inkişaf etməsinə xidmət edir. Təbii ki, bu tədbirlərin qısa müddət ərzində bəhrəsini görmək mümkün deyil. Müəyyən vaxt çərçivəsində müxtəlif vəzifələrə təyin olunan gənclər öz yeniliklərini gətirdikdən sonra biz aparılan islahatların nəticəsini görəcəyik. Əminəm ki, parlamentin fəaliyyətində də biz bu yeniliyin şahidi olacağıq. Artıq bu gün parlamentdə çox böyük islahatlar aparılmaqdadır. Biz 3 ay ərzində aparılan islahatların müsbət nəticəsini görürük.

-Bilirsiniz ki, cənab prezidentin müvafiq sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan edildi. Pandemiya dövründə də könüllülərin aktiv fəaliyyəti ilə seçildilər. Könüllülük faliyyəti gənclərimizin sonrakı fəaliyyətinə nə kimi təsirləri olacaq?

- Cənab prezident 2020-ci il başlayan zaman cari ilin "Könüllülər ili" elan edilməsi ilə bağlı sərəncam imzaladı. Son 8 illik dövrdə biz könüllülərin yüksək fəaliyyətinin şahidi oluruq. Bu gün bir elə dövlət orqanı yoxdur ki, orada bizim könüllülərimiz olmasın. Hətta icra hakimiyyətlərində də könüllülərimiz təmsil olunurlar. Könüllülərin böyük fəaliyyət planı da nəzərdə tutulmuşdu. Ancaq məlum səbəblərə görə bunu həyata keçirmək mümkün olmadı. Buna baxmayaraq bütün sahələrdə çalışan könüllülərimizin əhalinin maarifləndirmə işlərində, ahıl və tənha insanlara yardımların göstərilməsində xüsusi xidmətləri oldu. Mən Regional İnkişaf İctimai Birliyinin könüllülərinin əməyini xüsusi qeyd etmək istərdim. Bilirsiniz ki, Heydər Əliyev Fondu 200.000-dən artıq insana yardım payladı. Bu yardımların lazımi ünvanlara çatdırılmasında gənc könüllülərin xüsusi rolu oldu. Hesab edirəm ki, pandemiya ağır bir dövrdür. İnsanlarımız belə bir vəziyyətə öyrəşməyiblər. Bizim könüllülərimiz bu işdə yaxından iştirak etdilər. Düşünürəm ki , bu onların gələcək fəaliyyəti üçün yeni bir təcrübə oldu.

-Təəssüf ki, insanlarımız koronavirusun varlğına inanmadı və karantin rejimində edilən yumşalmalardan sui-stifadə etdilər. Nəticədə də ölkəmizdə koronavirusa yoluxanların gündəlik sayı 300-ü keçdi. Nəticədə qoruyucu tibii maskadan istifadə etməyənlərin 50 manat cərimələnməsi üçün qanun qüvvəyə mindi. Cərimələrdən sonra insanlarımızın məsuliyyəti artacaqmı?

- Pandemiya başlayan zaman cənab Prezident tərəfindən vaxtında müəyyən tədbirlər görüldü. İlk olaraq Operativ Qərargah yaradıldı. Operativ Qərargah tərəfindən çox mühüm qərarlar verildi. Mütəmadi maarifləndirmə və məlumatlandırma işləri aparıldı. Karantin rejimində yumşalmalar oldu. Təbii ki, bu yumşalmaların olması bir müddətdən sonra zəruri idi. Yumşalmalar zamanı da sosial məsafənin qorunması, qoruyucu tibbi maskalardan istifadə edilməsi ilə bağlı xəbərdarlıqlar edildi. Təəssüf ki, yumşalmalardan sonra insanlarımız bu xəstəlik yoxmuş kimi davranmağa başladı. Nəticədə günlük yoluxmalar 300-dən çox oldu və hətta itkilərin sayı da artaraq bir günə 5 ölüm faktı qeydə alındı. Bu, Azərbaycan üçün böyük rəqəmdir. Bilirsiniz ki, bu xəstəliyin ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz və cənab Prezident tərəfindən bütün addımlar atılıb. Bakıda və regionlarda yeni modul tipli xəstəxanalar tikildi və tikilməkdə davam edir. Lakin bu o demək deyil ki, biz o xəstəxanaları doldurmalıyıq. Dövlətimiz tərəfindən görülən tədbirlər vətəndaşlarımızı bu xəstəlikdən qorumaq məqsədi daşıyır. Cərimələrin də məqsədi insanlarımızı qorumaqdır. İnsanlarımız qoruyucu tibbi maskalardan istifadə edərək tək özlərini deyil, həm də yaxınlarını qorumuş olurlar. Bundan əlavə bilirsiniz ki, Bakı, Gəncə Sumqayıt, Abşeron və Lənkəranda insanların şənbə-bazar günləri çölə çıxmasına qadağa qoyuldu. Hətta aptek və marketlərin fəaliyyəti dayandırıldı. Əlbəttə, insanlarımız 5 gün işləyib şənbə-bazar günləri istirahət edərək həm də iqtisadiyyatımıza da öz töfhəsini verirdi. Amma o da məhdudlaşdı. Bunun da səbəbi insanlarımızın sağlamlığının qorumasıdır. Yoluxmaların və infeksiyadan ölənləri sayının artması sabah bizim üçün problemlərə səbəb ola bilər. Ona görə hesab edirəm ki, verilən qərarlar doğrudur. Dövlətimiz tərəfindən bu qədər addımlar atılır. İqtisadiyyatımıza bu qədər ziyan dəyir. Buna baxmayaraq insanlarımızın biganəliyi böyük problemlərə gətirib çıxara bilər.

-Müşfiq bəy, Gəncədə vəziyyət necədir?

-Gəncədə də icra hakimiyyəti tərəfindən qərargah yaradılıb. Daimi olaraq insanlarımız məlumatlandırılır. Şəhərə giriş-çıxış məhdudlaşıb. Postlar fəaliyyət göstərir. Şəhərə ancaq Gəncə qeydiyyatı olan şəxslər buraxılır. İnsanlar daha çox harada toplaşırsa, orada sosial məsafə təmin edilir. Bu işə polislər və hərbçilər cəlb olunublar. Mayın 18-dən şəhərdaxili postları yığışdırıblar. Şəhərin giriş-çıxışındakı postlar isə hələ də qalmaqdadır. Şənbə-bazar günləri insanların küçəyə çıxma qadağası Gəncə üçün də şamil edilir. Yay mövsümüdür. Anlaşılandır. Ancaq koronavirus elə bir xəstəlikdir ki, bir ailəni məhv edə bilər. Ona görə də istilərə baxmayaraq özümüzü qorumalıyıq.

-Koronavirusun hər hansı bir dövlətin oyunu kimi qiymətləndirilir. Bu yalanlar sosial şəbəkələr vasitəsilə yayılmaqdadır. Sosial şəbəkələrdə yalan məlumatlarla yanaşı ziyalılar, deputatlar və digər vəzifəli şəxslər təhqir edilir. Sosial şəbəkələrlə bağlı müəyyən qadağalar qoyulmalıdırmı?

-Bu kimi təcrübələr dünyanın inkişaf etmiş ölkələrində var. Milli Məclisdə deputat həmkarım Nurlan bəy Almaniya təcrübəsindən söz açdı. Bu məqamda bunun olması çox vacibdir. Çünki sosial şəbəkələrdə insanlar təhqir edilirlər. Bunun nəticəsində də insanlar hər hansı bir fikri səsləndirməyə ehtiyat edirlər. Azərbaycanda yaşamayan üzdənirağın biri ətrafına bir neçə nəfəri yığaraq insanlara basqılar edirlər. Ona görə də sosial şəbəkələrlə bağlı qanun layihələrinin hazırlanmasına ehtiyac var. Sosial şəbəkələrin istifadəçilərilə bağlı cəza mexanizminin olması vacibdir. Çünki bu gün insanlar real həyatdan çox sosial şəbəkələrdədir. O demək deyil ki, mən sosial şəbəkədəyəmsə kimi istəsəm təhqir edə bilərəm. Ona görə də bununla bağlı qanunun olması vacibdir.

-Pandemiya dövründə bilirsiniz ki, yas və toy mərasimlərin keçirilməsinə qadağa qoyulub. Karantin rejimin nə zaman bitəcəyi bilinmir. Az insanla açıq havada toyların keçirilməsinə icazə verilə bilərmi?

-Yas mərasimlərinə qadağalar qoyulsa da insanlarımız yenə də toplaşırlar. Bu da böyük problemlərə səbəb olur. Çünki orada istifadə olunan qablar təkrar yuyulan zaman virusun yayılmasına səbəb ola bilər. Toylarla bağlı məsələyə gəldikdə isə bilirsiniz ki, aprel-may aylarına planlaşdırılan toylar var idi. Bu baş tutmadı. Pandemiyanın dəqiq bitmə tarixi də bilinmir. Ona görə də belə davam edərsə, toylara 500 deyil, 50 nəfərlə sosial məsafəni qorumaq şərti ilə icazə verilə bilər. Operativ Qərargah ola bilsin ki, gələcəkdə bu işə baxsın. Çünki zamanla bununla bağlı müraciətlər artacaq.

-Müşfiq bəy, ilk dəfədir ki, Milli Məclisdə təmsil olunursunuz. Deputat seçilməzdən öncə hansı qanunların qəbul edilməsini arzulayırdınız?

-Milli Məclisdə təmsil olunmazdan öncə də gənclərin məşğulluq məsələləri ilə bağlı təkliflərim olub. Hətta neçə il gənclərin məşğulluq məsələsi ilə bağlı bir təklifim var idi. O təklifim artıq qəbul olundu. Elə gənclər var ki, universiteti bitirdikdən sonra ilk dəfə iş fəaliyyətinə başlayırlar. Mən təklif edirdim ki, o insanlara dəstək fondu yaradılsın. Gənclərin maaşlarının 50 faizini həmin fond 50 faizini isə işə götürən ödəsin. Nəhayət, bu Gənclər Fondu tərəfindən reallaşdı. Bundan əlavə məşğulluqla bağlı biznes inqubatorların yaradılmasını, startapların maliyyələşməsi təkliflərim olub. Ümumiyyətlə mən gənclərin məşğulluq məsələsinə hər zaman önəm vermişəm. Çünki gənclərin ən yaralı yeri məşğulluqla bağlıdır. İlk iş həyatlarına başlayan gənclərə dəstək olmaq vacibdir. Çünki təcrübəsi olmayan gənclər işə götürənlər üçün maraqlı deyil.

-Bu gün bəzi deputatlar var ki, jurnalistlər ilə əməkdaşlıqdan qaçırlar. Bu nə qədər doğrudur?

- Əgər deputat Milli Məclisdə təmsil olunursa, mediaya açıq olmalıdır. Onun işi danışmaq, fikrini bölüşmək və seçicilərinin yanında olmaqdır. Ən önəmlisi isə məlumatlarını jurnalistlərlə bölüşməkdir. Deputat məlumatlarını paylaşmasa, nəticə gözlədiyi kimi olmaz. Ona görə də KİV-lə əməkdaşlıq mütləqdir.

-Seçiciləriniz daha çox hansı problemlərlə bağlı sizə müraciətlər edirlər?

-Müraciətlər müxtəlif olur. Pandemiya dövrü olduğu üçün bu aralar daha çox müraciətlər yardımlarla bağlıdır. Bilirsiniz ki, bu dövrdə işlərini itirən insanlar oldu. Ona görə də işlə bağlı müraciətlər olur.



Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR