Slimfit
  1. CƏMİYYƏT

"Toylar iki saatlıq keçirilə bilər"- Azərbaycanlı professor qaydaları AÇIQLADI

"Toylar iki saatlıq keçirilə bilər"- Azərbaycanlı professor qaydaları AÇIQLADI
Sakura

"Toylar iki saatlıq keçirilə bilər"- Azərbaycanlı professor qaydaları AÇIQLADI

"Toylar başqa formatda keçirilə bilər. Hökm deyil ki, insanlar bir yerdə yığılsınlar. Mən hesab edirəm ki, toylar açıq şəkildə, eyni zamanda 6-7 saat deyil, 2 saat olmaqla keçirilə bilər"

Ens.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında azərbaycanlı professor, tibb eksperti Adil Qeybulla

deyib:

"Dünyada adət-ənənələri, streotipləri sındıran məqamlar olur. 30-40 il qabaq bizim 3 gün davam edən toylarımız olurdu. İndi yoxdur ki? Yenə də həyat davam edir. Dünyada inkişaflar var biz onlarla barışmalıyıq".

Adil Qeybulla həmçinin Azərbaycanda yasların keçirilməsindən də danışıb:

"İnsanlar bilməlidirlər ki, biz karantin rejimindəyik. Karantin rejiminin öz qaydaları var. Statistika göstərir ki virus aşkarlananların əksəri yaslarda yoluxub. İnsanlar qapalı və kondisioner olan mühitdə oturublar. Koronaviruslu bir- iki xəstənin iştirak etdiyi belə məclislərdə virus hava ilə serkulyasiya edərək bütün insanlara keçə bilib. Yasın bu qaydalarda aparılması karantin qaydaların ziddir. Biz bunu niyə belə formada aparmalıyıq ki? Gərək köhnə adət- ənənə davam etsin?"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR