Slimfit
  1. CƏMİYYƏT

Toya gedənlərin diqqətinə! Zəhərlənə bilərsiniz

Toya gedənlərin diqqətinə! Zəhərlənə bilərsiniz
Sakura

Toya gedənlərin diqqətinə! Zəhərlənə bilərsiniz

Toy mərasimi zamanı bəzi hallarda istifadə edilmiş turşu və ya hər hansı qida qonaqlar arasında zəhərlənməyə səbəb olur. Səbəb də çox sadədir. Restoranlar ya ucuz məhsullar və qidalarla toyları yola vermək istəyir, ya da toy sahibinin məsuliyyətsizliyi əhalinin başında çatlayır.

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

İnsanlar arasında kütləvi zəhərlənmələrə şadlıq saraylarında və evdə təşkil olunan yığıncaqlarda yeyilən yeməklərdən istifadə zamanı daha çox rast gəlinir.

Evdə zəhərlənmə zamanı insanın hansı qidadan zəhərləndiyini müəyyən etmək asan olur. Amma toyda qida çeşidləri müxtəlif olduğundan, zəhərlənmənin səbəbini tapmaq bir qədər çətindir. İkinci vacib məqam bişirilmiş qidanın saxlanma temperaturuna əməl olunması ilə bağlıdır. Bişmiş qida mümkün qədər tez qəbul edilməlidir.

İlk növbədə qidanın hazırlanmasında istifadə olunan əşyalar təmiz saxlanılmalıdır. Xüsusilə də başqa yeməyin qalığı qalan mətbəx avadanlıqlarından təkrar istifadə etmək olmaz. Bu zaman müxtəlif qidaların qarışığı da zəhərlənməyə yol aça bilər.

Ümumiyyətlə mərasimlərdə qidaların keyfiyyətinə hər bir halda məclis sahibi nəzarət etməlidir. Çünki məclisə gələn qonaqlar istər ev olsun, istərsə də restoran, mütləq şəkildə bu təamlardan dadacaqlar. Ona görə də məclis sahibi yeməklər stola gəlməmişdən öncə lazımi prosedurların yerinə yetirilməsinə ciddi yanaşmalıdır. Əks təqdirdə çəkilən zəhmət hədər gedər, dost deyib çağrılan qonaqlar da düşmənə çevrilər.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR