Slimfit
  1. CƏMİYYƏT

Toy və nişan mərasimləri keçirilə bilər

Toy və nişan mərasimləri keçirilə bilər
Sakura

Toy və nişan mərasimləri keçirilə bilər

Düşünürəm ki, yoluxma sayında davam edən hazırki müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha məlumatlı və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər.

Ens.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, əlbəttə ki, mərasimlər yeni qaydalar çərçivəsində nəzarət mexanizmlərinin qurulması şərti ilə olmalıdır: “Təbii ki, bu barədə son qərar Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək.

Ümumiyyətlə hesab edirəm ki, payız aylarından sonra COVİD-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi baxımdan müsbət nəticə verməklə yanaşı, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma biz vətəndaş olaraq ehtiyatlı davranmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR