Dərc edildi: Baxış sayı: 1449
Toy etmək istəyənlərin nəzərinə- Şadlıq evlərinin fəaliyyətə başlaması ilə bağlı mühüm açıqlama
“Şadlıq evləri hələlik açıq deyil. Yaxın müddət üçün bu obyektlərin açılacağı gözlənilmir”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, iyun-iyul aylarında toyların keçiriləcəyi ilə bağlı indidən söz demək çətindir:
“Bugünkü statistikaya əsasən, şadlıq evlərinin açılması gündəmdə deyil.
Amma vəziyyətin dəyişməsindən asılı olaraq, mütəxəssislərlə birgə bu barədə qərar veriləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət