Slimfit
  1. AZƏRBAYCAN

Tovuzun 5 kəndinə su verilib

Tovuzun 5 kəndinə su verilib
Sakura

Cəbhə bölgəsində yerləşən Tovuz rayonunun 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb və kənd…

Cəbhə bölgəsində yerləşən Tovuz rayonunun 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb və kənd sakinlərinin keyfiyyətli suya çıxışı təmin edilib.

“Azərsu” ASC-dən Femida.az-a verilən xəbərə görə, bu münasibətlə Tovuz rayonunun Xatınlı kəndində keçirilən açılış mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, Tovuz şəhəri üçün yeni su mənbəyinin yaradılması ilə yanaşı, kəndlərdə də su layihələri icra olunub. Sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə mühüm hadisədir və əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında içməli su ilə təminat mühüm yer tutur. 

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını xatırladaraq bu sahədə işlərin davam etdirildiyini vurğulayıb. Bildirib ki, 2017-ci ildə 170, 2018-ci ildə isə 41 kənddə içməli su layihələri icra olunub. Bu il icra edilən layihələr çərçivəsində kəndlərdə 300 km-dən artıq magistral və paylayıcı su xətləri çəkilib, 14 subartezian quyusu qazılıb, əhalinin ümumi istifadəsi məqsədilə 1000-dən artıq bulaq quraşdırılıb. 

Tovuz rayonunda həyata keçirilən layihələr rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Qaraxanlı və Əlimərdanlı kəndlərini əhatə edib. Su təchizatı layihələrinin icrasına 2018-ci ilin yayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə uyğun olaraq 2 subartezian quyusu qazılıb, hər birinin tutumu 600 kubmetr olan 2 mövcud su anbarı yenidən qurularaq istismara verilib. Eyni zamanda anbar ərazisində müasir hidrofor tipli nasos stansiyası quraşdırılıb. Kəndlərdə müxtəlif diametrli borularla 42 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 184 bulaq quraşdırılıb. Artıq kəndlərə suyun verilməsinə başlanılıb. Tovuz rayonunun 5 kəndində icra olunan içməli su layihəsindən 12 mindən çox sakin faydalanıb. Su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparıldığından əhalidən ödəniş tələb olunmur. 

Qeyd edək ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə 19 rayonunun 41 yaşayış məntəqəsində su layihələri icra edilib. Bu layihələr 58 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR