Slimfit
  1. AZƏRBAYCAN

Tovuzda qədim yaşayış məskəni aşkarlanıb

Tovuzda qədim yaşayış məskəni aşkarlanıb
Sakura

Tovuzda qədim yaşayış məskəni aşkarlanıb

Tovuzda 9 min il yaşı olan yaşayış məskəni aşkarlanıb. Bu da bir daha sübut edir ki, Cənubi Qafqazda ən qədim insan məskənləri məhz Azərbaycan ərazisində mövcud olub. Xezerxeber.az-ın məlumatına görə, hazirda həmin ərazidə yerli və əcnəbi mütəxəssislər tərəfindən qazıntı işləri aparılır.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olduğunu sübut edən daha bir dəlil tapılıb. Yarım hektardan çox ərazidə iki təbəqədən ibarət qədim kənd aşkarlanıb.

Ərazidə tapılan qədim kəndin təbəqələrində bir-biri ilə 4 istiqamətdən əlaqə var. Yaponiya, İtaliya və yerli mütəxəssislərin birgə apardığı qısa müddətli qazıntı işləri artıq nəticələrini verib. Axtarışlar zamanı mindən çox saxsı qab hissələri, misdən olan sırğa qalığı, sivri daşlardan ov silahı və yer şumlamaq üçün alət qalıqları tapılıb. Burada tapılan maddi mədəniyyət nümunələri neolit dövrünə təsadüf edir və erkən əkinçilikik mədəniyyətini təcəssüm etdirir.

Hələlik qədim kəndin birinci təbəqəsində 200 kvadratmetr ərazidə axtarışlar aparılır. Əcnəbi arxeoloqlar hesab edir ki, buradan tapılan maddi mədəniyyət nümunələrinin loborotoriya nəticələri öyrənilməsə, növbəti mərhələyə başlamaq mümkün deyil. Hələlik isə ərazinin daha qədim olması radio-karbon analizləri ilə tam dəqiqləşdiirilib və Beynəlxalq Arxeologiya İnstitutuna təqdim olunub.

Gələn ildən etibarən tədqiqat işlərinə Yaponiya ilə yanaşı Fransa,Türkiyə və Bolqarıstandan da arxeoloqlar cəlb olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR