Slimfit
  1. CƏMİYYƏT

Tovuzda dağlıq ərazi yanır

Tovuzda dağlıq ərazi yanır
Sakura

Tovuzda dağlıq ərazi yanır

Tovuzda dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Tovuz rayonunun Şıxheybət kəndində, dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 8 ha sahədə xəzəl yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR