Dərc edildi: Baxış sayı: 442
“Tottenhem” yeddi qolla qələbə qazandı
Dünən İngiltərə kubokunda III mərhələnin oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, Premyer Liqa klublarının da mübarizəyə qoşulduğu bu mərhələdə dünən bir oyun keçirilib.
Belə ki, “Tottenhem” Mersisaydda Liqa 2 (III divizion) təmsilçisi “Tranmir Rovers”in qonağı olub. Görüş gözlənildiyi kimi darmadağınla başa çatıb. London təmsilçisi rəqibinə yeddi cavabsız top vurub. Baxmayaraq ki, ilk hissə 1:0 hesabı ilə başa çatıb.
“Tottenhem”dən qolları Fil Dişi Sahilindən olan müdafiəçi Serj Orye (2), ispaniyalı Fernando Lyorente (3), cənubi koreyalı Hın-Min Son və Hari Keyn vurub.
Qeyd edək ki, Premyer Liqanın nəhənglərindən bu gün “Mançester Yunayted” “Redinq”lə, “Çelsi” “Notinqem Forest”lə, “Bləkpul” “Arsenal”la qarşılaşacaq. Sabah “Mançester Siti” “Roterhem Yunayted”, yanvarın 7-də isə “Liverpul” “Vulverhempton”la görüşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət