Dərc edildi: Baxış sayı: 472
“Total” çirkli neftə görə Rusiyadan kompensasiya tələb edəcək
Fransanın “Total” şirkəti aprel ayında “Drujba” neft kəməri ilə göndərilmiş çirklənmiş neftə görə Rusiyadan kompensasiya tələb edəcək.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Total”ın baş direktoru Patrik Puyanne bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət Almaniyanın Loyn şəhərindəki neft emalı zavodu üçün yanacaq tədarükünü bərpa edə bilib. Çirklənmiş neftin kim tərəfindən təməzlənəcəyi isə hələlik məlum deyil. P.Puyanne vurğulayıb ki, neftin bir barellinin təmizlənməsi, təxminən, 15 dollara başa gəlir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət