Slimfit
  1. İQTİSADİYYAT

Torpağı olan ev sahibinin vergi öhdəliyi

Torpağı olan ev sahibinin vergi öhdəliyi
Sakura

Torpağı olan ev sahibinin vergi öhdəliyi

 

Səkkiz sot torpağı olan ev sakininin vergi öhdəliyi nədən ibarətdir? Sakin torpaqdan başqa əmlak vergisi də ödəməlidir?

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən çox olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin il avqustun 1-dək fiziki şəxslərə çatdırılır. Fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə avqustun 15-i və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə etməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Bununla belə, bələdiyyələr öz ərazilərində yerli vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək barədə qərar qəbul edə bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR