Slimfit
  1. AZƏRBAYCAN

Tokio Qafqazda Bakıya güvənir: milyardlıq sərmayələr...

Tokio Qafqazda Bakıya güvənir: milyardlıq sərmayələr...
Sakura

Tokio Qafqazda Bakıya güvənir: milyardlıq sərmayələr...

Hazırda ölkəmizə ən çox investisiya qoyan xarici şirkətlərin əksəriyyəti yapon şirkətləridir.

Axar.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, xüsusilə, qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə Yaponiya şirkətləri tərəfindən 4 milyard dollar vəsait yatırılıb:

“Həmçinin, son olaraq 2050-ci ilə qədər Xəzərdə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında araşdırmaların davam etdirilməsi istiqamətində həyata keçirilən layihəyə Yaponiyanın ITOCHU şirkəti də imza atıb. Bununla yanaşı Yaponiya Xəzərdə balıqçılığın inkişaf etdirilməsi istiqamətində də Azərbaycana bir sıra investisiyalar yatırıb. Yaponiya xarici işlər nazirinin Azərbaycana səfər etməsinin vaciblik payını artıran əsas amillərdən biri də məhz yeni imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiya ilə də əlaqələndirə bilərik. Belə ki, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz resursları Yaponiyanın marağında olan dünya enerji resursları bazarında mühüm amildir. Eyni zamanda, Azərbaycan öz kommunikasiyaları ilə Avrasiya regionu, Şimal-Cənub, Qərb-Şərq ölkələri ilə əlaqələrdə körpü rolunu oynaya bilər”.

Analitik qeyd edib ki, bu gün də Cənubi Qafqaz regionunda Yaponiyanın ən böyük maraq dairəsində olan dövlət məhz Azərbaycandır:

“Bu maraq münasibətlərin hər iki ölkə üçün qarşılıqlı faydalılığı baxımından böyük perspektivlər doğurur. Yaponiya kimi ölkənin Azərbaycanda neft sektorunun inkişaf etdirilməsi, qlobal kommunikasiya layihələrinin reallaşdırılması, sosial-mədəni sahələrdə yeni texnologiyaya əsaslanan proqramların tətbiqində fəal iştirakı bir istiqamətlərdə daha böyük uğurlara zəmin yaradır. Azərbaycan Yaponiyanin regiondakı etibarlı tərəfdaşıdır. Mövcud əlaqələrin daha da inkişafı, qarşılıqlı münasibətlərdə əldə olunmuş nailiyyətlərin qorunaraq genişləndirilməsi üçün bu gün yüksək texnologiya, maşınqayırma, kimya, yüngül və ağır sənaye sahəsində dünyanın aparıcı ölkəsi kimi Yaponiyanın imkanlarından istifadə etmək, aparıcı və ixtisaslaşmış yapon müəssisələrinin və şirkətlərinin regional nümayəndəlik kimi Qafqazda Azərbaycanı seçmələri üçün Yaponiya tərəfinə maksimal güzəştli təkliflərin təqdim olunması məqsədəuyğundur. Azərbaycanın qeyri-neft - maşınqayırma, gəmiqayırma, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, sosial müdafiə, rabitə, nəqliyyat, bank və maliyyə, tikinti və inşaat sektorlarına sərmayələrin cəlb olunması üçün Yaponiya ilə hərtərəfli iş apara bilərik. Qeyd olunan sahələrdə Yaponiyanın dünyada aparıcı dövlətlərdən biri olduğunu nəzərə alaraq, bu ölkənin təcrübəsindən maksimal şəkildə istifadə edilməsi üçün lazımi tədbirlər görülərsə, bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafında növbəti irəliləyiş olar”.

Qeyd edək ki, Yaponiyanın Xarici İşlər naziri Taro Kono sentyabrın 5-də Azərbaycana rəsmi səfərə gəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR