Dərc edildi: Baxış sayı: 292
Tokayev: “Heydər Əliyev Qazaxıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə qiymətli töhfələr verib”
“Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə Heydər Əliyev çox qiymətli töhfələr verib”.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində bildirib.
Kasım-Jomart Tokayev deyib:
“Biz yaxşı xatırlayırıq, o, qazaxlar haqqında həmişə səmimi sözlər deyir, bizim soykökümüzün və irsimizin ortaq olmasını vurğulayırdı. Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət