Slimfit
  1. İDMAN

Toğrul Əsgərov güləşə qayıtdı

Toğrul Əsgərov güləşə qayıtdı
Sakura

Toğrul Əsgərov güləşə qayıtdı

Olimpiya çempionumuz Toğrul Əsgərov müəyyən aradan sonra sərbəst güləş karyerasını bərpa edib.

O, bunu Oxu.Az-a eksklüziv açıqlamasında özü təsdiqləyib.

“Artıq şəxsi problemlərim geridə qaldı. Komandaya qoşulmuşam. Özümü 73 kq çəki dərəcəsində sınamağı düşünürəm. Ola bilsin ki, gələn ay Minskdəki Avropa Oyunlarında qayıdışım rəsmiləşsin. Amma bu, dəqiq deyil. Sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcəyəm. İndi bütün diqqətimi güləşə və Olimpiya çempionu olmağa yönəltmişəm”.

O, oktaqonda paylaşdığı şəkillərə də aydınlıq gətirib:

“MMA ilə peşəkar şəkildə məşğul olmaq fikrim yox idi. Sadəcə olaraq, güləşdən aralı qaldığım müddətdə yaxın dostların idman zalında məşq edirdim”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR