Dərc edildi: Baxış sayı: 270
“Titan” faciəsindən sonra da “Titanik” turlarının satışı davam edir
“Titanik”ə ekskursiya zamanı batiskafı qəzaya uğrayan “OceanGate” gəminin qəzaya uğradığı yerə səyahət üçün biletləri satmağa davam edir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, müvafiq məlumat qurumun saytında yerləşdirilib.
İndi arzu edənlər 2024-cü il üçün tura bilet ala bilərlər. Səfərin qiyməti dəyişməyib və hələ də həddindən artıq yüksək - bir yer üçün 250 min dollar olaraq qalır.
Xatırladaq ki, iyunun 19-da “OceanGate” şirkəti turistləri “Titanik”in batdığı yerə çatdırmaq üçün nəzərdə tutulmuş ekipajla birlikdə sualtı cihaz - “Titan”ın yoxa çıxdığını təsdiqləyib. Sualtı qayıqda beş nəfər olub. Suya girəndən 1 saat 45 dəqiqə sonra onlarla əlaqə kəsilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət