Tiramisu şirniyyatını belə hazırlayın - Yeməyə nə var?
Şirniyyat yəqin yeganə qida növüdür ki, onu həm depressiyada olanda, həm də çox xoşbəxt olduğumuz anlarda yemək istəyirik. Bəzi şirniyyatlar vardır ki, çox sevsəniz də düşünürsünüz ki, onu evdə hazırlamağınız mümkün olmaz. Bu gün bu düşüncələrinizi aşmaq üçün “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında tiramisu hazırlayaqmı?
Ərzaqlar
4 ədəd yumurta
100 qr şəkər tozu
500 qr Maskarpone (italyan pendiri)
250 qr (təxminən 34 ədəd) “Дамские пальчики”
350 ml qəhvə
Kakao
2-3 x/q şirin şərab (zövqə görə konyak, likör də istifadə edə bilərsiniz)
Birinci yumurtaların ağını sarısından ayırırıq. Daha sonra yumurtanın sarısı ilə şəkər tozunu mikser vasitesilə qarışdırırıq. Daha sonra Maskarpone pendirini əlavə edib qarışdırmağa davam edirik.
350 ml suya təxminən 4 çay qaşığı qəhvə əlavə edib qarışdırın. İstəyə uyğun olaraq buraya şirin şərab, konyak əlavə edə bilərsiniz. Hazır olan qəhvəyə çubuqları salırıq. Amma çox saxlamamağa diqqət edin ki, qırılmasınlar.
Qəhvədə isladılmış çubuqları ölçüsü 17×25 sm olan qaba düzürük. Üzərinə hazırladığımız qarışımın bir hissəsini tökürük. Üstünə yenidən qəhvədə isladılmış çubuqları düzürük. Qabda qalan qarışımı yenidən çubuqların üzərinə tökürük. Soyuducuya qoyub 5-6 saat saxlayırıq.
Tiramisunu soyuducudan çıxartdıqdan sonra üzərinə kakaonu ələyirik. Doğrayarkən ehtiyatlı olun ki, içərisi qat-qat qalsın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət