Slimfit
  1. İQTİSADİYYAT

Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınması necə həyata keçirilir?

Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınması necə həyata keçirilir?
Sakura

Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınması necə həyata keçirilir?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən digər sahələrlə yanaşı, daşınmaz əmlakın qeydiyyatı sahəsində də göstərilən xidmətlər vətəndaş məmnunluğuna istiqamətlənib. Belə xidmətlərdən biri də tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınmasıdır.

Komitədən AZƏRTAC-a bildirilib ki, istifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir.

İmtina halları və ya xidmətin göstərilməsinin dayandırılması halları aşkar edildikdə istifadəçiyə 2 iş günü müddətində bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə xidmətin müvafiq ərazi idarəsi istifadəçiyə bir iş günündən gec olmayaraq yazılı məlumat verir. Çatışmazlıqlar bir iş günündən gec olmayaraq aradan qaldırıldıqdan və bu barədə xidmətin müvafiq ərazi idarəsinə məlumat verildikdən sonra sənədlərə yenidən baxılır, müvafiq qərar qəbul edilir. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra çıxarış hazırlanır, notarial qaydada təsdiqlənməsi və ya əslinin təqdim edilməsi tələb edilən sənədlər olduqda həmin sənədlər bilavasitə təqdim edildikdən sonra hazırlanmış çıxarış elektron qaydada istifadəçiyə təqdim edilir.

Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edən şəxslərdən dövlət rüsumunun və xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyət vəsiqəsi, müşayiət məktubu, o cümlədən tikintiyə vərəsəlik hüququ haqqında müqavilə, hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, ərizə tələb olunur.

Xidmət 10 iş günü ərzində yerinə yetirilir. Dövlət rüsumu və xidmət haqqının hər biri 20 manat təşkil edir. Xidmətdən istifadə etmək istəyən şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə, həmçinin Əmlak Xidmətləri Məkanına həftə içi 5 gün (bazar ertəsi-cümə) saat 09:00-dan 19:00-a kimi, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-a kimi müraciət edə bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR