Slimfit
  1. CƏMİYYƏT

Tikinti şirkəti karantin rejimində ərazini zəbt edib

Tikinti şirkəti karantin rejimində ərazini zəbt edib
Sakura

Tikinti şirkəti karantin rejimində ərazini zəbt edib

Ölkədə koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin olmasına baxmayaraq, bəzi tikinti şirkətləri işlərini davam etdirirlər.

Bakı sakinlərindən "Report"a verilən məlumata görə, paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsi, 7 ünvanında "Luxe Home" tikinti şirkəti ərazidə tikinti işləri aparır.

Sakinlər iddia edirlər ki, şirkət qanunsuz olaraq ərazini zəbt edib, yolu səki olan hissəyə qədər bağlayıblar:

"Bu da vətəndaşların gediş-gəlişinə mane olur. Hazırda hər tərəf hasarlanır. Həmin ərazi əvvəllər avtodayanacaq idi. Şirkət həmin ərazini alıb, tikinti işləri aparmağa başladı. Sakinlər isə buna etiraz etdilər, iş müvəqqəti dayandırıldı. Ölkədə mövcud olan vəziyyətdən istifadə edən şirkət yenidən tikinti işlərinə başladı. Bildirilir ki, ərazidə yaşayış binası tikiləcək. Bəs insanlar buradan necə gedib-gələcəklər? Xahiş edirik ki, bu tikinti işləri tez bir zamanda dayandırılsın".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR