Slimfit
  1. CƏMİYYƏT

Tikilməkdə ikən gündəmi “sökən” unikal keçid

Tikilməkdə ikən gündəmi “sökən” unikal keçid
Sakura

Tikilməkdə ikən gündəmi “sökən” unikal keçid

Xətai rayonunun Ukrayna dairəsində bir müddətdir tikilməkdə olan yerüstü keçid hündürlüyü və pilləkənlərinin çoxluğu səbəbindən ötən gündən yenidən müzakirə mövzusuna çevrilib. Bəzilərinin “Çin səddi”, “Misir ehramı” kimi epitetlər yapışdırdığı keçidə həmin ərazidə heç bir ehtiyac olmadığını deyənlər də var, daha sadə bir keçidin tikilməsini təklif edənlər də.

Ən çox müzakirə edilən isə keçidin 160 pillədən ibarət olmasıdır. İlk gündən bu keçiddə pandus və liftin olacağı deyilsə də, keçidin internet resurslarında yayılan eskizində nə lift, nə də pandus əks olunub. Hətta yayılan məlumatlardan birində deyilir ki, sözügedən ərazidə tikilməkdə olan keçidin inşası üçün AAYDA Bakı Nəqliyyat Agentliyinin mənfi rəyinə də əhəmiyyət verməyib.

Bütün deyilənlərə aydınlıq gətirən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Axar.az-a bildirib ki, sözügedən ərazidə keçidə ehtiyac olduğu üçün inşasına başlanılıb:

“Mütəxəssislər baxış keçirib, sakinlərin də fikri öyrənilib və zəruri ehtiyac olduğu üçün orada yerüstü keçid tikilməsi qənaətinə gəlinib. Keçiddə təkcə pilləkənlər olmayacaq. Pandus və lift də quraşdırılacaq. Bu, Bakıda ilk lift və pandus olan yerüstü keçid deyil. Şəhərin müxtəlif ərazilərində lift və pandusu olan keçidlər var. Pandusla olan keçidlər daha çoxdur. Bəzən olur ki, insanlar bilərəkdən bu pandusların açarlarını götürürlər, liftlərin qapısının dəmir materialını çıxarırlar, qəsdən ziyan vururlar. Heydər Əliyev prospektində yol ötürücüsü var, o, həm də piyada keçidi funksiyasını yerinə yetirir. Orada pilləkən hissə də var, lift də quraşdırılıb”.

A.Nəcəfli yerüstü keçidin yayılan eskizində lift və pandusun əks olunmamasına da aydınlıq gətirib:

“Bu, hələlik eskizdir. Yəni ümumi görünüşünün belə olacağını göstərmək üçün hazırlanıb. Liftin, pandusun orada əks olunmaması o anlama gəlmir ki, orada təkcə pilləkən olacaq. Vətəndaşlar elə düşünməsinlər ki, lift və panduslar orada sonradan nəzərdə tutulub. Xeyir, elə ilk gündən nəzərə alınmışdı ki, orada lift və pandus olsun”.

Vətəndaşların yeraltı keçid təklifinə də aydınlıq gətirən A.Nəcəfli bildirib ki, o ərazidə yeraltı keçid tikmək mümkün deyildi:

“Yeraltı keçidin inşası çox çətindir. Bu, bəzən mümkün olmur. Həmin yolda yerin altından metro xətləri keçir. Ən uyğun variant yerüstü keçidin inşası idi ki, o da həyata keçirilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR