Slimfit
  1. DÜNYA

Ticarət müharibəsi: ABŞ Çin mallarına rüsumu artırdı

Ticarət müharibəsi: ABŞ Çin mallarına rüsumu artırdı
Sakura

Ticarət müharibəsi: ABŞ Çin mallarına rüsumu artırdı

 

ABŞ ümumi məbləği 200 milyard dollara yaxın olan Çin məhsullarına tətbiq olunan idxal rüsumunu iki dəfədən çox artırıb.

BBC-nin məlumatına görə, ABŞ hökuməti gömrük rüsumunun 10%-dən 25%-ə qaldırılmasına qərar verib.

Rəsmi Pekin Vaşinqtonun bu addımına “dərindən təəssüfləndiyini” bildirib və bütün lazımi cavab tədbirlərinin görüləcəyini vəd edib.

“Ümid edirik ki, ABŞ və Çin bir masa arxasına əyləşib, bütün problemləri əməkdaşlıq və məsləhətləşmə yolu ilə aradan qaldıracaq”, - deyə Çinin Ticarət Nazirliyinin rəsmi saytında çıxan bəyanatda deyilir.

ABŞ-ın çoxdan gözlənilən bu qərarı hələlik Çin maliyyə bazarlarında hər hansı problemlərə yol açmayıb. Əksinə, Çinin fond birjasında ticarət sessiyasının əvvəlində Hanq Senq indeksinin 0,6 faiz, Şanxay Kompozit indeksinin isə 1,5 faiz artımı müşahidə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR