Slimfit
  1. DÜNYA

Tibbi maskaların dünya ehtiyatları tükəndi

Tibbi maskaların dünya ehtiyatları tükəndi
Sakura

Tibbi maskaların dünya ehtiyatları tükəndi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhan Qebreyesus dünyada fərdi mühafizə vasitələrinin ehtiyatlarının yaxın 4-6 ay müddətinə tükəndiyini bildirib.

Bu barədə onun ÜST-nin saytında yerləşdirilən bəyanatında deyilir.

O qeyd edib ki, maska və respiratorlara tələbat 100 dəfə artıb ki, bu da onların qiymətinin 20 dəfə qalxmasına səbəb olub. 

“Müdafiə vasitələrindən pasiyentlərə qulluq etməyənlərin düzgün istifadə etməməsi də vəziyyəti ağırlaşdırır”, - deyə o bildirib.

ÜST rəhbəri qeyd edib ki, bu vəsaitin çatışmadığı bir vəziyyətdə, maskalarla ilk növbədə səhiyyə işçiləri, ikinci növbədə xəstələr və onlara qulluq edənlər təmin olunmalıdırlar. 

Qeyd edək ki, fevralın 7-nə olan məlumata görə, Çində baş qaldıran koronavirusa yoluxmuş insanların sayı 31 min nəfəri ötüb, 600-dən çox insan həlak olub, 1764 nəfər xəstəni isə sağaltmaq mümkün olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR