Slimfit
  1. CƏMİYYƏT

"Tibbi maskadan istifadə və şəxsi gigiyenanın gözlənilməsi gündəlik həyatımızın bir parçası olmalıdır" - Deputat

"Tibbi maskadan istifadə və şəxsi gigiyenanın gözlənilməsi gündəlik həyatımızın bir parçası olmalıdır" - Deputat
Sakura

"Tibbi maskadan istifadə və şəxsi gigiyenanın gözlənilməsi gündəlik həyatımızın bir parçası olmalıdır" - Deputat

Koronavirus pandemiyası insanların gündəlik həyat tərzini dəyişib. Dünya və ölkə statistikasında gündəlik bu xəstəliyə yeni tutulanlar və dünyasını dəyişənlər haqqında məlumatlar ictimaiyyəti məyus edir. 6 ay keçməsinə baxmayaraq, pandemiya davam edir, COVİD-19 həyatımıza təhlükə olaraq bizimlə yaşamaqdadır.

Ens.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul olunmuş bir qayda var, o da koronavirusdan qorunmaq üçün yeganə yol özünütəcriddir: "Tibbi maskanın taxılması, soial məsafənin qorunması və şəxsi gigiyenanın gözlənilməsi gündəlik həyatımızın bir parçası olmalıdır. Xüsusən, tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar həyata keçiriləndə bu vacibdir. Pandemiya dövründə toy, yas mərasimlərinin və kütləvi tədbirlərin keçirilməsi koronavirusa yoluxma təhlükəsini artıırır. Ona görə də qadağan olunmuş belə kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və haradasa belə icazəsiz keçirilən tədbirə rast gəliriksə, onun təşkilatçıları ictimai qınağa çəkilməlidir. Artıq insanların da yeni dövrün çağırışlarına adaptasiya olunmağa başladığını müşahidə edirik. Birinci sərt karantin rejimindən sonra ictimai yerlərdə tibbi maska taxanlara az rast gəlinirdisə, indi qapalı ictimai yerlərdə insanların kütləvi şəkildə maska taxdıqlarını və sosial məsafəni gözlədiklərini müşahidə edirik. Məhz insanların pandemiyanın tələblərinə məsuliyyətlə yanaşması son günlərin statistikasında koronavirus infeksiyasına yoluxmaların sayında azalmaların əldə olunmasına imkan verir.

Ölkəmiz müsəlman ölkəsi olduğundan dini bayramlarda kütləvi tədbirlərin keçirilməsi xalqımızın dini və mənəvi dəyərlərinə uyğun təşkil olunur. Biz həmişə müsəlman bayramlarında məscidlərdə namaz qılma, kütləvi dini mərasimlərin keçirilməsinə həyatımızın ayrılmaz hissəsi kimi yanaşırıq. Amma bu il koronavirus pandemiyasının yaratdığı təhlükə bu tədbirlərin keçirilməsində yeni yanaşmanın ortaya qoyulmasını günün tələbinə çevirmişdir. İslam dinində insanların sağlamlığının qorunması vacib məsələ kimi qeyd olunur. Məsələn, namaz qılmaqdan əvvəl mütləq şəkildə dəstamazın alınması, şəxsi gigiyenanın gözlənilməsi və pak olmaq birinci tələbdir. Həm də xəstəliyin yayılmasına səbəb olmaq və zəmin yaratmaq haram və günahdır. Qlobal pandemiya dünya müsəlmanlarının dini mərasimlərin icrasında da yeni yanaşmanın edilməsini məcburi etmişdir. Məsələn, hər il milyonlarla insanın səfər etdiyi Həcc ziyarətində də bu il cəmi min zəvvar iştirak etmişdir. Ramazan və Qurban bayramları da bu il pandemiya dövrünün tələblərinə uyğun təşkil olundu.

Təbii ki, bütün bunlar inanların sağlamlıqlarına olan infeksiya təhlükəsindən qorunmaq məqsədi daşıyırdı. İndi isə Məhərrəmlik ayı gəlir. Yenə də Məhərrəmlikdə hər bir şiə müsəlman dövrün çağırışlarına uyğun şəkildə mərasimlərdə iştirak etməlidir. Yəni, məscidlərdə aşura günlərində kütləvi tədbirlərə qoşulması infeksiyanın yoluxma sürətini artıra bilər. Ona görə də belə mərasimləri texnologiyalardan istifadə etməklə online şəkildə, müəyyən tələblər gözlənilməklə icra etmək mümkün olduğunu düşünürəm. Biz hər addımımızı şüurlu surətdə atmalıyıq ki, ölkəmizdə koronavirus infeksiyası azalmağa doğru getsin. Artıq dünyanın ayrı-ayrı ölkələrində koronavirusa qarşı peyvəndin icad olunduğunu bildirirlər. Düşünürəm ki, əgər peyvənd icad olunaraq dünyada kütləvi peyvəndlənmə keçirilərsə, tez bir zamanda pandemiyanın sonuna çata bilərik. Həm də pandemiyalar heç vaxt əbədi olmamışdır. İndiki dövrdə bizim səbrlə bu işə düzgün yanaşmağımız pandemiyadan az zərər çəkmiş ölkə kimi qalib gəlməyimizə yol açar".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR