Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Tibb Universitetinin əczaçılıq fakültəsinin tələbələri üçün yeni vəsait hazırlanıb

Tibb Universitetinin əczaçılıq fakültəsinin tələbələri üçün yeni vəsait hazırlanıb
Sakura

Tibb Universitetinin əczaçılıq fakültəsinin tələbələri üçün yeni vəsait hazırlanıb

Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin tələbələri üçün “Üzvi kimyadan laboratoriya işləri” adlı yeni vəsait hazırlanıb. Dərslik kafedranın əməkdaşları - dosent Namiq Rəsulov və assistent Kamalə Bədəlova tərəfindən tərtib olunub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni dərs vəsaitində üzvi birləşmələrin tədqiqinə, üzvi maddələrin alınma üsullarına və onların kimyəvi xassələrinin təcrübi yolla öyrənilməsinə xüsusi yer verilib. Səbəb dərman preparatlarının böyük əksəriyyətinin üzvi mənşəli kimyəvi birləşmələrdən təşkil olunması, onların kimyəvi və fiziki-kimyəvi tədqiqat üsullarının əczaçılar üçün əhəmiyyət daşıması ilə bağlıdır.

“Üzvi kimyadan laboratoriya işləri” adlı yeni vəsait əczaçılıq və təbabət elmlərini öyrənən tələbələrin gənc mütəxəssis kimi formalaşmasında və ixtisasların artırılmasında mühüm rol oynayır. Dərs vəsaitinin müsbət cəhətlərindən biri də vəsaitin Azərbaycan, rus və ingilis dillərində yazılmasıdır ki, bu da fakültədə təhsil alan bütün tələbələrin həmin vəsaitdən istıfadə etməsinə imkan yaradır.

Qeyd edək ki, ümumi və toksikoloji kimya kafedrasında tədris olunan üzvi kimya müstəqil fənn kimi ətraflı öyrənilir. Odur ki, üzvi kimyadan təcrübi-məşğələ dərslərinin keçirilməsi üçün laboratoriya işlərinin aparılması çox vacibdir. Bu səbəbdən, iki hissədən ibarət olan dərs vəsaitinin birinci hissəsi payız semestri üçün nəzərdə tutulub və doqquz laboratoriya işini özündə cəmləşdirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR