Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tibb Universitetində çənə sümüyünə damaqdan transplant qoyuldu

Tibb Universitetində çənə sümüyünə damaqdan transplant qoyuldu
Sakura

Tibb Universitetində çənə sümüyünə damaqdan transplant qoyuldu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında xəstənin çənə sümüyündəki defekt qalça damağından götürülmüş transplantatla aradan qaldırılıb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatın təfərrüatları haqqında klinikanın ağız və üz çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib.

M.Davudov bildirir ki, xəstə altı il əvvəl ağız boşluğundakı törəmədən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra xəstə kompleks müalicə alsa da, onun ağzında yenidən şiş yaranıb. İkinci dəfə Gürcüstanda əməliyyat olunan xanımın çənə ətraf yumşaq toxumalarla birgə geniş şəkildə götürülüb: “Xəstə əməliyyatdan sonra əsasən ağızda və çənədə qalan estetik qüsurdan şikayət edirdi. Kompüter tomoqrafiyası nəticəsində beş santimetrlik sümük defekti, yumşaq toxumalardakı batıqlıq aşkar olundu. Odur ki, çənə sümüyündəki defektin qalça damağından götürülmüş transplantat qraft vasitəsilə aradan qaldırılması planlaşdırıldı. Eyni zamanda yumşaq toxuma batıqlığını isə ayrı qalça nahiyəsində piy toxuması transplantatla aradan qaldırılması nəzərdə tutuldu. İcra etdiyimiz əməliyyat sayəsində hər iki defekt aradan qaldırıldı”.

M.Davudov bildirir ki, xəstə əməliyyatdan artıq iki gün sonra ayağa qalxıb. İndi onun vəziyyəti yaxşı olaraq qiymətləndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR