Slimfit
  1. AZƏRBAYCAN

“The Sun”: “Arsenal” və “Çelsi” azarkeşləri Bakıda mütləq şəhər turuna çıxmalıdırlar

“The Sun”: “Arsenal” və “Çelsi” azarkeşləri Bakıda mütləq şəhər turuna çıxmalıdırlar
Sakura

“The Sun”: “Arsenal” və “Çelsi” azarkeşləri Bakıda mütləq şəhər turuna çıxmalıdırlar

Böyük Britaniyanın “The Sun” nəşri “Arsenal” və “Çelsi” azarkeşlərinə Bakı ilə bağlı tövsiyyələrini çatdırıb.

Trend-in məlumatına görə, nəşrdə gedən böyük bir məqalədə “Arsenal” və “Çelsi” azarkeşlərinə mütləq Bakıda şəhər turuna çıxmaq tövsiyə olunub.

“The Sun”da dərc edilən məqalədə qeyd olunur ki, əgər azarkeşlər Bakını gəzsələr, İngiltərə futbol tarixinin ən təsiredici şəxsinə vəfa borclarını ödəyə bilərlər.

Məqalədə qeyd olunur ki, 1966-cı il İngiltərə və Qərbi Almaniya komandaları arasında keçirilən finaldan bəri ingiltərəli azarkeşlər T.Bəhramovu böyük ehtiramla xatırlayırlar:

“Azərbaycanın paytaxtında Tofiq Bəhramov bürünc heykəl formasında əbədiləşdirilib. Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur. O, 1996-cı ildə “Umebli”də İngiltərə və Qərbi Almaniya komandaları arasında keçirilən finalın yan xətt hakimi olub. Son 50 ildə topun qapı xəttini keçib-keçməməsi müzakirə mözvusu olsa da, həmin vaxt Bəhramov qətiyyətli formada qol olduğunu bildirib. Hesab 2:2 ikən əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə nəticəsində dünya çempionu olub”.

Məqalədə həmçinin bildirilir ki, Tofiq Bəhramov bu gün də Bakıda idmanın rəmzi hesab olunur: “O, adına stadion inşa edilmiş ilk hakimdir. Bu, Vətəndə ona böyük hörmətin olduğunu göstərir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR