TFF görüşün Azərbaycanda keçirilməsinə niyə razı olmamışdı?
Xəbər verdiyimiz kimi, ötən gün Səudiyyə Ərəbistanında baş tutmalı olan Türkiyə Superkubokunun final görüşü təxirə salınıb. Buna səbəb hökumətin komandalara “Atatürk” yazılı köynəklərlə meydana çıxmasına icazə verməməsi olub.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyə KİV ölkənin Futbol Feerasiyasının rəhbəri Mehmet Büyükekşinin istefa verdiyini yazır.
İctimaiyyət və siyasətçilər də krizisin səbəbi kimi TFF rəhbərliyinin Türkiyə Cümhuriyyətinin 100 illiyində superkubok oyununu Səudiyyə Ərəbsitanına salması kimi göstərirlər.
Qeyd edək ki, daha əvvl superkubok finalının keçirilməsi ehtimal olunan ölkələr arasında Azərbaycan da var idi. Lakin M. Büyükekşi bu ilin oktyabr ayında verdiyi açıqlamada maddi imkanları əsas gətirərək görüşün Azərbaycanda baş tutmayacağını bildirmişdi.
“Təkliflər arasında Azərbaycan, Almaniya vardı. Almaniya təhlükəsizlik səbəbindən buna razılaşmadı. Daha sonra İngiltərəyə müraciət etdik və onlar da razılaşmadı. Azərbaycanda isə pul yoxdur. Səudiyyə Ərəbistanı hazırda futbol markasına çevrilib. Bizim üçün də böyük addım olacaq”, - Büyükekşi bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət