Slimfit
  1. DÜNYA

Təzyiqlər əks nəticə verdi: İndi ABŞ özünü qorumalı olacaq

Təzyiqlər əks nəticə verdi: İndi ABŞ özünü qorumalı olacaq
Sakura

"Alternativ dünya valyutası yaratmaq prosesi 5 il ərzində başa çata bilər"

"ABŞ dollarının təzyiq vasitəsi kimi istifadə edilməsi yeni qlobal valyutanın yaranmasına yol açacaq".

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin sədri Anatoli Aksakov deyib.

O bildirib ki, dollardan təzyiq vasitəsi kimi istifadə beynəlxalq ödəmələrdə dollardan imtina ilə nəticələnəcək.

Dolların dünya valyutası statusunu 1944-cü ildə qazandığını bildirən Aksakov o dövrdə dollar sabit qalarkən bir çox ölkənin milli pul vahidinin dəyər itirdiyini söyləyib. Aksakov bunun da dollar ilə daha çox ödəmə edilməsinə yol açdığını, beləliklə, dolların beynəlxalq proseslərdə fəal olmağa başladığını dilə gətirib

Aksakov, BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinin öz aralarında ödənişlər üçün yeni pul vahidi ehtimalını müzakirə etdiklərini qeyd edib. O, BRİCS üzvü olan ölkələrin dünya əhalisinin yarısını və dünya sənayesinin 30 faizini təşkil etdiyini bildirib.

Komitə sədri deyib ki, alternativ dünya valyutası yaratmaq prosesi 5 il ərzində başa çata bilər. Bu, Vaşinqtona bağlıdır. ABŞ dolların istifadəsi üçün daha çox təzyiq göstərərsə, digər ölkələr də ödəmələrin dollar olaraq aparılmasına daha çox qarşı çıxar.

İndidən çox sayda ölkənin dolları rədd etməyə başladığını vurğulayan Aksakov Çinin neft alış-verişində dollar əvəzinə yuandan istifadə etməyə başladığını, Türkiyənin qızıl ehtiyatlarını ABŞ-dan çəkdiyini və Rusiyanın ABŞ varlıqlarına kapitalını azaltdığını bildirib.

O deyib ki, nə zaman dollara alternativ yeni bir dünya valyutası ortaya çıxsa, dollar əhəmiyyətini itirəcək. Beləliklə, ABŞ-ın dünya üzərindəki təsiri də bitəcək. 




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR