Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Təzyiqinizi dərmansız aşağı sala bilərsiniz

Təzyiqinizi dərmansız aşağı sala bilərsiniz
Sakura

Təzyiqinizi dərmansız aşağı sala bilərsiniz

Həkim dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət verib. Bu vasitələr vaxtaşırı təzyiqin qalxması ilə müşayiət olunan zəif hipertoniya hallarında effektlidir. Əgər hipertoniya ciddidirsə, o halda bu məsləhətlərə dərman müalicəsinin uyğunlaşdırılması ilə riayət etmək lazımdır.

Medpress.az Rusiya mediasına istinadən bildirir ki, son zamanlar təzyiqin aşağı salınmasında dərmansız üsullara üstünlük verildiyi iddia olunur. Rusiyadan olan terapevt-kardioloq Olqa Aleksandrovanın fikrincə, bu üsullar orta və ağır hipertenziyalar zamanı dərmanı əvəz edə bilməz. Bununla yanaşı, dərman vasitələri ilə uyğunlaşmada onlar yenə də aktualdır.

DASH-pəhriz. Qidalanmanın bu növü təzyiqi aşağı salma vasitəsi kimi Ürək və Ağciyər Xəstəlikləri Milli İnstitutunda qəbul edilib. Pəhrizin böyük hissəsini tərəvəz və meyvə, kəpəkli taxıl məhsulları təşkil edir. Bu zaman qırmızı ət və şirniyyatların qəbulu xeyli azaldılır. Bundan başqa,  yağsız süd məhsulları, quş və balıq əti qəbul etmək məsləhətdir. DASH-pəhrizin köməyi ilə orta hipertoniyalı pasiyentlərin təzyiqini 14 gün ərzində normallaşdırmaq mümkündür.

Fiziki fəallıq. Həkim təzyiqin nəzarətdə saxlanılması üçün ən sadə və effektli üsul kimi orta tempdə kardioyüklənmələrdən (piyada gəzmək, rəqslər, lift əvəzinə pilləkəndən istifadə etmə) istifadə etməyi məsləhət görür.

İstirahət. Sağlamlıq üçün sərbəstlikdən, mühafizəkar hadisə və işlərdən uzaqlaşmaq çox vacibdir. Elə hərəkət etmək lazımdır ki, qısa müddətdə öz fikrindən əl çəkməyə, emosional şəkildə “yüklənmə”yə nail olasan. Məsələn, həkimin sözlərinə görə, bu məqsədlər üçün meditasiya, təkbaşına gəzinti daha uyğundur.

Bədən çəkisinə nəzarət. Çəkiniz çoxdursa, xüsusən onun yüksək əmsalı zamanı arıqlamaq mütləqdir. Şişmanlıq praktik olaraq yüksək təzyiqi təmin edir.

Həkim spirtli içkilərdən imtina etməyi və duzdan minimum istifadəni də tövsiyə edib. Aleksandrova xatırladıb ki, yüksək təzyiq zamanı alkoqol iflic əmələ gətirə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR