Dərc edildi: Baxış sayı: 702
Təzyiqi salmaq üçün xoşagələn üsul
Yunanıstanda keçirilmiş elmi araşdırma nəticəsində məlum olub ki, günorta yuxusu hipertoniyadan əziyyət çəkən insanlarda təzyiqi aşağı salmağa kömək edir.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmada 386 yüksək təzyiqdən əziyyət çəkən insan iştirak edib. Məlum olub ki, günorta vaxtı yatan insanlarda arterial təzyiq 5% aşağı düşür. Alimlər qeyd edir ki, yüksək təzyiqin hətta 2 mm.c.st düşməsi ürək-damar sistemi xəstəliklərinin riskini və bu xəstəliklərdən ölüm hallarını 10% azaldır.
Alimlərin müşahidələrinə görə, yüksək təzyiqdən əziyyət çəkən insanlarda günorta yuxusu qəbul etdiyi dərmanların miqdarını azaltmağa kömək edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət