Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Təzyiq aparatı olmadan təzyiqi necə ölçmək olar?

Təzyiq aparatı olmadan təzyiqi necə ölçmək olar?
Sakura

Təzyiq aparatı olmadan təzyiqi necə ölçmək olar?

Arterizl təzyiqi ölçmək üçün tonometrdən istifadə olunur. Lakin tonometr hər zaman əl altında olmur.

Bu halda təzyiqin qalxmasını və ya düşməsini təyin etmək üçün sizə nəbzin ölçülməsi kömək edəcək.

Rahat oturun və ya uzanın, sakitləşin, sonra boyun və ya bilək nahiyəsində  30 saniyə ərzində nəbzinizi ölçün və alınmış göstəricini 2-yə vurun.

Nəbz 60-dan aşağıdırsa təzyiqiniz düşüb. Bu zaman nəbz yumşaq və zəif olur, arteriyanı yüngül sıxanda itir.

Nəbz 90 və bundan çoxdursa təzyiqiniz qalxıb. Nəbz sərt və gərgin olur, arteriyanı hətta güclü sıxanda itmir.

Saglamolun.az bildirir ki, nəticəni yoxlamaq üçün bir neçə dəqiqədən sonra nəbzinizi yenidən ölçün.

Təbii ki, bu üsulla təzyiqin qalxıb və ya düşməsini yalnız təxmin edə bilərsiniz. Nəzərə almaq lazımdır ki, bəzi istisna hallar da mümkündür. Misal üçün, güclü qanaxma zamanı təzyiq düşür, lakin nəbz əksinə sürətlənir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR