Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Təzə çəkilmiş şirələrin zərərləri məlum olub

Təzə çəkilmiş şirələrin zərərləri məlum olub
Sakura

Təzə çəkilmiş şirələrin zərərləri məlum olub

Rusiyalı mütəxəssislər təzə çəkilmiş şirələrin fayda və zərərlərini təhlil ediblər.

Ens.az “Report”-a istinadən xəbər verir ki, araşdırmanı Rusiya Keyfiyyət Sisteminin (“Roskaçestvo”) ekspertləri aparıb.

Məlumata görə, zəngin vitamin və mikroelement kimi açıq-aşkar yararlarından başqa, təzə çəkilmiş şirələrin istehlakı orqanizm üçün ciddi fəsadlara yol aça bilər.

Belə ki, şirə istehlakının təhlükələrindən biri içindəki qida turşusunun dişlərin minasına zərər verməsidir. Ekspertlər qeyd ediblər ki, şirədəki turşuların dişlər üçün mənfi təsiri tam taxıllı meyvə-tərəvəzdəkindən daha təhlükəlidir.

Bildirilib ki, şirədəki turşular həm də mədə-bağırsaq sistemi üçün də potensial təhlükədir. Şirə içildikdən sonra mədə-bağırsaq traktında qıcıqlanmalar müşahidə edilə bilər. Bu səbəbdən mütəxəssislər təzə çəkilmiş şirəni acqarına içməməyi tövsiyə edir.

Şirənin bir başqa mənfi tərəfi isə onun içindəki şəkərdir. İstehlakçıların əmindirlər ki, “təbii” şirə “adisindən” daha faydalıdır.

“Əslində, ağ şəkər qlükoza və fruktozadan ibarətdir. Bilmək lazımdır ki, həm şəkər, həm də fruktozanın həddindən artıq istehlakı orqanizm üçün zərərlidir”, - Rusiya Keyfiyyət Sisteminin mütəxəssisləri bildirib.

Qeyd olunub ki, fruktozanın işlənmə prosesi qaraciyərdə getdiyinə görə onun işlənməyən hissəsi piyə çevrilir və artıq çəkiyə yol açır.       

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR