Slimfit
  1. MARAQLI

Təyyarədə yatmaq nə üçün ziyandır?

Təyyarədə yatmaq nə üçün ziyandır?
Sakura

Təyyarədə yatmaq nə üçün ziyandır?

Harvardın tibb işçiləri xəbərdarlıq edib ki, uçuşdan və enmədən əvvəl mürgüləməklə qulaqları ömürlük zədələmək olar.

Təyyarənin uçuşu və enməsi zamanı yatan sərnişinlər öz qulağına bərpa olunmayan zərər verməklə risk edirlər. Bu barədə Harvard Tibb Məktəbinin araşdırmasına əsasən Independent xəbər verir.

Qeyd olunur ki, yüksəklik dəyişmə anında bir çox insanlarda qulağın daxilindəki təzyiqin daxildəki təzyiqlə uyğun olmamasına görə “qulaq tıxanır”. Bir qayda olaraq bu effektdən əsnəmək və ya udqunmaqla qulaqdakı yevstaxiy borusu adlanan nazik kanalı açmaqla qurtulmaq olar.

 Lakin əgər sərnişin yatırsa belə yolla təzyiqi stabilləşdirə bilməz. Nəticədə qulağın kanalı bağlı qala bilər, bu da eşitmə barotravmasına gətirib çıxara bilər.

Alimlər aydınlaşdırıblar ki, bu boru uzun müddət blok olunduğu ağır vəziyyətlərdə infeksiya yarana bilər ki, bu da boruda mayenin yaranmasına səbəb olur. Nəticədə də eşitmə və ağrı ilə bağlı problemlərə gətirib çıxarır.

Araşdırmada qeyd olunur ki, təyyarə havaya qalxarkən və enərkən yuxudan çəkinsəniz xəstəliyin inkişaf riskindən qurtula bilərsiniz.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR