Slimfit
  1. ARAŞDIRMA

Təyyarədə telefonları niyə söndürürük?

Təyyarədə telefonları niyə söndürürük?
Sakura

Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş mobil telefonlarımızı təyyarə səfərləri zamanı nə üçün söndürdüyümüz…

Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş mobil telefonlarımızı təyyarə səfərləri zamanı nə üçün söndürdüyümüz sizə də maraqlıdırmı?

Bu vəziyyət texnologiya aludəçiləri üçün qısa məsafəli uçuşlar zamanı problemə çevrilməsə də, uzun müddət davam edən təyyarə səfərləri zamanı ciddi narahatlığa səbəb olur. Bəs, telefonu söndürməyi unutsaq həqiqətən də təyyarə yerə düşərmi?

Aparılan araşdırmalar əsasən havada siqnalların qarışması səbəbilə texniki problemlərin yarana biləcəyini və bunun da böyük ehtimalla təyyarənin yerə düşməsi ilə nəticələnəcəyini göstərir. Lakin, statistikaya görə bu vaxta qədər bu səbəbdən heç bir təyyarə qəzası müşahidə olunmamışdır.

Bəs, hava yolu şirkətləri nə üçün hələ də telefonları açıq saxlamağı qadağan edir?

Bu qadağanın əsl səbəbi əslində yerdən uzaqlaşan telefonlardır. Cihazlar uzaqlaşmağa başladıqda ağıllı baza stansiyaları telefonlara daha gücü siqnallar göndərməyə çalışır və cazibə qüvvəsi artır. Bu zaman artan siqnallar isə təyyarədəki digər cihazlara təsir göstərir və elektromaqnit balansının pozulmasına səbəb olur. Lakin, indiyədək bu gözləntilərin reallaşması halına rast gəlinməmişdir.

Dünyanın aparıcı aerokosmik şirkətlərindən biri olan “Boeing” 2000 – ci ildə bu mövzu ilə bağlı səkkiz test həyata keçirmiş, təyyarədəki oturacaqlarda yerləşən şəxsi enerji qəbuledicilərin və bu qəbuledicilərə qoşulan dizüstü kompüterlər və CD oynadıcılar kimi texnoloji alətlərin təyyarələrdə heç bir problem yaratmadığını aşkarlamışdır. Eyni araşdırma 16 ədəd mobil telefon ilə də sınaqdan keçirildiyi zaman təyyarələrin frekanslarında və digər bəzi cihazlarda şüalanma yaşandığı müşahidə olunmuşdur. Həmin telefonlar yerdə uçuşa hazır vəziyyətdə olan bir təyyarədə sınaqdan keçirildiyində isə hər hansı bir şübhəli hal yaşanmamışdır.

Dəqiq bir göstərici qeyd edilməsə də, havaçılıqla bağlı qaydaları tənzimləyənlər bu təhlükə ehtimalını dəyərləndirərək hər ehtimala qarşı uçuş zamanı siqnal yayan texnoloji cihazların istifadəsini qadağan edir.

Tamara Mustafayeva

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR