Dərc edildi: Baxış sayı: 502
Təyyarə qəzası: Zelenski təcili Kiyevə qayıtdı
Bütün sərnişinlərin və heyət üzvlərinin doğma və yaxınlarına başsağlığı verirəm. Səfirlik faciənin başvermə səbəblərinin müəyyən edilməsi və həlak olanların siyahısının tərtibi üçün çalışır.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Feysbuk səhifəsində yazıb.
Həmçinin, Prezident Vladimir Zelenski sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq Oman səfərini yarımçıq qoyaraq Kiyevə qayıdıb.
Qeyd edək ki, bu gün Tehranda Ukraynaya məxsus Boinq-737 təyyarəsi havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə nəticəsində 167 sərnişin, 9 heyət üzvü ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət