Dərc edildi: Baxış sayı: 571
Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmaq üçün blitsdə gücünü sınayacaq
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun finalında tay-breykə start verilib.
Oxu.Az xəbər verir ki, Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmaq üçün çinli Dinq Lijenlə üz-üzə gəlir.
Artıq şahmatçımız “rapid”də 25 dəqiqəlik iki partiya keçirib. Hər iki görüş heç-heçə başa çatıb.
Bu səbəbdən bir azdan tərəflər 10 dəqiqəlik iki blits partiyasına start verəcək.
Qeyd edək ki, qalib 110 min dollar pul qazanacaq.
Səbuhi Musayev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət