Dərc edildi: Baxış sayı: 591
Teymur Rəcəbov 'Armageddon-2019' turnirində növbəti qələbəsini qazanıb
Rusiyanın paytaxtı Moskvada keçirilən "Armageddon-2019" beynəlxalq şahmat turniri davam edir.
"Report" xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Teymur Rəcəbov sayca üçüncü qarşılaşmasını rusiyalı Daniil Dubova qarşı keçirib və 2:1 qələbə qazanıb.
Yarışa dünyanın 8 top-şahmatçısı dəvət olunub. Bunlar rusiyalı Sergey Karyakin, Yan Nepomnyaşi, Vladimir Kramnik, Daniil Dubov, Ernesto İnarkiyev və üç digər ölkə təmsilçisi: Teymur Rəcəbov (Azərbaycan), Boris Qelfand (İsrail), Vey İ (Çin).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət