Slimfit
  1. ARAŞDIRMA

Teymur bəy Həsənbəyov: Ermənilərin 5 milli düşmənindən biri

Teymur bəy Həsənbəyov: Ermənilərin 5 milli düşmənindən biri
Sakura

Teymur bəy Həsənbəyov: Ermənilərin 5 milli düşmənindən biri

1905-1906-cı illər erməni müsəlman davasında 5 türk oğlu ermənilərin milli düşməni elan olunmuşdu. Biri Yağləvənd Həsənalı bəy Əsgərxanov, biri Mirzəhaqverdilər İbrahim bəy Hüseynbəyov, biri Hacısamlı Sultan bəy Sultanov, biri isə onun qaynatası Teymur bəy Həsənbəyov idi. 

Teymur bəy Abbasqulu bəy oğlu 1861-ci ildə (bəzi mənbələrə görə 5 iyul 1866-cı ildə) Şuşa şəhərində anadan olmuşdu. Kökcə Kəbirli elinin Pərioğlular nəslinə mənsubdur.

İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakı real məktəbində oxumuşdu. Qəza idarəsində xidmətə başlamışdı. Ağdam nahiyəsinin polis pristavı vəzifəsində çalışmışdı. Gəncənin polismeystri olmuşdu. 1905-1906-cı illərdə camaatı erməni yaraqlıların əlindən qurtarmışdı.

Teymur bəy Həsənbəyov kollej qeydiyyatçısı, titulyar müşavir, kollej asesssoru, saray müşaviri, kollej müşaviri, mülki müşavir mülki çinlərini daşıyırdı.
Teymur bəy Həsənbəyov 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni, III Aleksandrın şərəfinə təsis edilmiş gümüş medal, romanovlar sülaləsi hökmranlığının 300 illiyinə həsr edilmiş bürünc medalla təltif olunmuşdu.

O, 17 dekabr 1916-cı ildə vəfat edib. Bərdə şəhərində, “İmamzadə” qəbrstanlığında dəfn edilib.

* * *

Sənəd: Yelizavetpol quberniyası Cavanşir qəzasının üçüncü şöbəsinin barışdırıcı münsifi, mülki müşavir Teymur bəy Həsənbəyovun xidməti barədə formulyar siyahı

4 noyabr 1917-ci ildə tərtib edilmişdir.
Rütbə, ad, familiya, vəzifə yaş, məzhəb, fərqlənmə nişanı və alınan məvacib.

Yelizavetpol quberniyası Cavanşir qəzasının üçüncü şöbəsinin barışdırıcı münsifi, mülki müşavir Teymur bəy Abbasqulu bəy oğlu Həsənbəyov 1866-cı il iyulun 5-də anadan olmuşdur, müsəlman, şiə, IV dərəcəli müqəddəs Vladmir ordeni, imperator III Aleksandrın şərəfinə təsis edilmiş gümüş medal və Romanovlar sülaləsinin çarlığının 300 illiyi münasibətiylə təsis edilmiş açıq bürünc medalı var. Məvabicindən xüsüsi vergi tutulmur, əksinə, onun haq-hesab tələb olunmayan sərəncamına şöbədən 2000 manar buraxılır.

Bakı real məktəbi bitirdikdən sonra Qafqazda mülki hissənin baş rəisinin dəftərxanasının rəyinə izn olaraq əmrilə Yelizavetpol quberniyası üzrə dəftərxana vəzifələrinin yerinə yetirilməsinə icazə verilmişdir.
25 iyul 1887-ci il tarixli, 698 mömrəli əmrə əsasən, Yelizavetpol quberniyası idarəsi yerləşdirmə işləri üzrə tərcüməçi vəzifəsinin müvəqqəti ifa etməyə icazə verilmişdir.

Yelizavetpol quberniyası idarəsi jurnal qərari ilə 1888-ci il uyulun 2-də dəftərxana vəzifələri yerinə yetirmək üçün ona icazə verilməsi vaxtından, yəni, 1886-cı ilin yanvarın 16-dan həqiqi xidmətə təsdiq olunmuşdur.
Yelizavetpol qubernatorunun 24 iyun 1888-ci il tarixli, 41 N-li əmri ilə müvəqqəti olaraq Yelizavetpol şəhərinin polis pristavı vəzifəsini icra etmək üçün təyin edilmişdir. 

Yelizavetpol qubernatorluğu 3 oktyabr 1859-cu il tarixli, 44 N-li əmrinə əsasən, Cavanşir qəzasının sahə polis pristavı vəzifəsinə təyin edilmişdir.
Heroldiya departementi üzrə Senatın 12 fevral 1892-ci il tarixli, 22 No-li fərmanı ilə uzun-müddət xidmətə görə 1888-ci il avqustun 16-dan kollej qeydiyyatçısı çini verilmişdir.
Heroldiya departementi üzrə Senatın 22 iyun 1893-cü il tarixli, 86 No-li fərmanı ilə uzun müddət xidmətə görə 1891-ci il avqustun 16-dan quberniya katibi çini verilmişdir.

Yelizavetpol qubernatorunun 16 iyul 1893-cü il tarixli, 34 No-li əmri ilə Şuşa qəzası sahəsinə dəyişilmişdir. 
Yenə qubernatorun əmri 16 dekabr 1894-cü il tarixli, 49 No-li həmin qəzanın birinci sahəsinə dəyişilmişdir. 
Əlahəzrətin mülki idarə üzrə 24 yanvar 1896-cı il tarixli, 4 No-li əmri ilə uzun müddət xidmətə görə 1894-cü il avqustun 16-dan ona kollej katibi çini verilmişdir. 
Yelizavetpol qubernatorunun 7 fevral 1903-cü il, 31 N-li əmri ilə Cavanşir qəzasının birinci sahəsinin polis pristavı təyin edilmişdir. 
Qubernatorun 5 sentyabr, 1903-cü il, 197 No-li əmri ilə Yelizavetpol quberniya İdarəsinə keçirilməsilə və müvəqqəti olaraq Ərəş qəza rəisinin böyük köməkçisi vəzifəsini üzərinə götürməsilə vəzifəsindən azad edilmişdir.
5 sentyabr 1903-cü il tarixli, 21042 No-li sərəncamla o, Şuşa qəza rəisinin böyük köməkçisi vəzifəsini yerinə yetirmək üçün Şuşa qəzasına ezamiyyətə göndərilmişdir.
22/23 dekabr 1903-cü il tarixli, 31335-No-li sərəncamla müvəqqəti olaraq Yelizavetpol polismeyster vəzifəsi yerinə yetirmişdir.
13 aprel 1904-cü il tarixli, 86 No-li əmrilə Yelizavetpol polismeysteri vəzifəsini müvəqqəti yerinə yetirmişdir.
Əlahəzrətin mülki idarə üzrə 16 oktyabr 1904-cü il tarixli, 78 No-li əmri ilə uzun illər xidmətə görə 1897-ci il avqustun 16-dan titulyar müşavir çini verilmişdir.
Yelizavetpol qubernatorunun 8 mart 1905-ci il tarixli, 53 No-li əmri ilə indiki vəzifəsini təsdiq edilmişdir.
Əlahəzrətin 29 aprel 1905-ci il il tarixli, 97 No-li əmri ilə uzun müddət xidmət etdiyinə görə 1900-cu il avqustun 16-dan kollej asessoru çini verilmişdir.

1905-ci il noyabrın 26-da əla xidmətinə görə Əlahəzrətin əmri ilə IV dərəcəli Müqəddəs Vladimir ordeni və 27 noyabr 1905-ci il tarixli, 2812 No-li əmrilə fəxri fərman verilmişdir.

Yelizavetpol qubernatorunun dəftərxana üzrə 3 dekabr 1905-ci il tarixli, 64 No-li əmri ilə qubernatorun yanında saxlamaqla xüsusi tapşırıqlar üzrə baş məmur təyin edilmişdir.
25 noyabr 1906-cı il tarixli, 61 nömrəli qərarla 1906-cı il noyabrın 30-dan qubernator yanına xüsusi tapşırıqlar üzrə baş məmur təyin edilmişdir.
Əlahəzrətin mülki idarə 23 fevraıl 1909-cu il tarixli, 11 No-li əmri ilə 1906-cı il avqustun 12-dən saray müşaviri çini verilmişdir.
Əlahəzrətin Qafqaz Canişinlik idarəsi üzrə 4 iyul 1909-cü il tarixli, 158 No-li əmrilə Yelizavetpol quberniyası Zəngəzur qəzasının 4-cü şöbəsinin barışdırıcı münsif vəzifəsi müvəqqəti olaraq ona tapşırılmışdır. 
Yelizavetpol qubernatorunun 9 iyul 1909-cu il 4668 nömrəli əmri ilə Şuşa qəzasının əhali üzrə şöbəsinə təhkim edilmişdir. 
Əlahəzrət imperatorun Qafqaz Canişinlik idarəsi üzrə 14 noyabr 1909-cü il tarixli, 250 No-li əmrilə Zəngəzur qəzası 1-ci şöbəsinə barışdırıcı münsif vəzifəsinə keçirilmişdir.
Əlahəzrətin mülki idarə üzrə 10 may 1911-ci il tarixli, 37 No-li əmri ilə uzun müddət xidmətə görə 1910-cu il avqustun 12-dən kollej müşaviri çini verilmişdir.
Əlahəzrətin 25 oktyabr 1911-ci il tarixli əmri oktyabrın 25-dən komitənin həbsxanaları haqqında Yelizavetpol quberniya müdirinin Zəngəzur şöbəsinin direktoru vəzifəsinə təsdiq olunmuşdur.
Əlahəzrət Qafqazda canişinlik idarəsi üzrə 12 mart 1912-ci il tarixli, 63 No-li əmrilə Yelizavetpol quberniyası Cavanşir qəzası III şöbəsinə barışdırıcı münsif vəzifəsinə keçirilmişdir.

Əlahəzrətin əmri ilə 1913-cü il fevralın 21-də Romonovlar sülaləsinin çarlığının 300 illiyi şərəfinə təsis edilmiş açıq-bürünc medalı döşündə gəzdirmək hüququ var. Bu hüquq 1 noyabr 1913-cü il tarixli, 33447 No-li əmrilə Yelizavetpol qubernatoru tərəfindən verilmişdir.
Əlahəzrətin mülki idarə üzrə 15 noyabr 1916-cı il tarixli, 93 No-li əmrilə uzun müddət xidmətə görə 1914-cü il avqustun 12-dən dövlət müşaviri mülki çini verilmişdir.

Qafqaz Canişinliyi idarəsi üzrə 16 yanvar 1917-ci il tarixli, 8 No-li əmrlə 1916-cı il dekabrın 17-də vəfatı ilə əlaqədar siyahıdan çıxarılmışdır.

Birinci dəfə Ata xan Əbrəxanovun qızı ilə evlənmiş, uşaqları olmuşdur. Dilruba (6.4.1896), Sara (10.IV.1898), Səmayə (5. II.1900), Xurşud (15.VI.1906), Abbas (2. V.1902) və Mahmud (27.XII.1909) Arvadı və uşaqları müsəlmandır və Yelizavetpolda onun yanında yaşayıblar. 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR