Slimfit
  1. DÜNYA

Texnologiyanın yeni nailiyyətləri “Amazon” şirkətinın ən böyük gəlir mənbəyidir

Texnologiyanın yeni nailiyyətləri “Amazon” şirkətinın ən böyük gəlir mənbəyidir
Sakura

Texnologiyanın yeni nailiyyətləri “Amazon” şirkətinın ən böyük gəlir mənbəyidir

Texnologiyanın yeni nailiyyətləri milyarder Ceff Bezosun sahibi olduğu dünyanın ən böyük onlayn ticarət şəbəkəsi olan “Amazon” şirkətinin ən böyük gəlir mənbəyidir.

NUHÇIXAN CNN-ə istinadla xəbər verir ki, onlardan biri yeni dizaynda buraxılan üçüncü nəsil “ağıllı” “Echo dot” dinamikləridir. Bu cihazın yeni səsgücləndiricisi əvvəlkindən 70 faiz daha güclüdür və səsin keyfiyyəti də xeyli yaxşılaşıb. Bundan başqa, 3,5 millimetr ölçüsündə olan audio məsamə və ya “Bluetooth” qəbuledicisi vasitəsilə siqnallar akustika sisteminə daha tez ötürülür. Dinamik “Alexa” səs köməkçisi ilə birlikdə istifadə olunur və Wi-Fi 802.11a/b/g/n vasitəsilə 2,4/5 Hertz diapazonunda sistemə qoşulur. “Echo dot” dinamiklərinin ölçüsü 99 × 43 millimetr, ağırlığı isə 300 qramdır. Bu cihaz vasitəsilə musiqi dinləmək, müxtəlif informasiyaları əldə etmək, iş qrafikini tərtib etmək, işıqlandırma cihazlarını, qapı kilidlərini idarə etmək də mümkündür.

“Amazon”un Sietldə keçirilən təqdimatında “ağıllı” mikrodalğalı sobalar da təqdim edilib. “AmazonBazics” adlı bu cihaz “Alexa Connect Kit” sistemi sayəsində səslə idarə olunur. Yeməklərin bişirilməsi və qızdırılması prosesində bu sobalar səslə məsafədən komandaları qəbul edir və müvafiq tənzimləmələr aparır. Yeni mikrodalğalı sobaya yerləşdirilmiş proqram təminatı sayəsində bu cihazları “Bluetooth LE” sistemi ilə uzaq məsafədən idarə etmək mümkündür.

Məişət texnologiyasının daha bir yeni nailiyyəti olan “Echo” divar saatı isə içərisində mikrofon olmadan vaxtı səslə bildirir və məsafədən düzəlişlər aparır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR