Dərc edildi: Baxış sayı: 760
“Texnologiya”dan vergi alınmayacaq
Almaniyanın qərarı açıqlandı.
Fins.az xəbər verir ki, Almaniya Maliyyə Nazirliyi ötənlərdə texnologiyanın nəhəngləri hesab olunan “Google”, “Facebook”, “Amazon”, “Apple” kimi şirkətlərdən vergi almaqla bağlı təklif irəli sürmüşdü. Həmin verginin isə 3% olması nəzərdə tutulurdu.
Nazirlikdən bu gün gələn açıqlamada sözügedən qərarın yararsız olacağı və Avropa Birliyinə 5 milyard avro qazandıra biləcəyinə baxmayaraq, istənilən nəticənin əldə olunmayacağı səbəbiylə ləğv edilməsi bildirilib.
Nazirlik açıqlamasında, qərarın ləğvinə təsir edən əsas amilin vergi tətbiq olunacağı halda, texnologiya nəhənglərinin fəaliyyətlərini verginin aşağı olduğu ölkələrə yönəldə biləcəyini söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət